12px13px15px17px
Tarix:15/11/16

Yaxın günlərdə “WhatsApp” messencerində videozəng funksiyası istifadəyə veriləcək

“Facebook” şirkətinə məxsus “WhatsApp” messenceri internet üzərindən üzbəüz ünsiyyət sahəsində “Microsoft”un “Skype” və “Apple”ın “FaceTime” xidmətləri ilə rəqabət aparmaq niyyətindədir. Xidmətin nümayəndələri bildiriblər ki, yaxın günlərdə bütün əsas mobil platformalarda (“Android”, “iOS” və “Windows Mobile”) videozəng funksiyası əlçatan olacaq.

“ICTnews” Elektron Xəbər Xidməti “hitech.vesti.ru” saytına istinadən yazır ki, beləliklə, 1 milyarddan çox istifadəçi video ünsiyyət saxlamaq imkanı əldə edəcək. Bundan əvvəl, “WhatsApp” messencerində yalnız mətn və multimedia ilə mübadilə və səsli zənglər əlçatan idi. Videozəngə başlamaq üçün lazımi istifadəçini seçərək telefon dəstəyi şəklində nişanın üzərinə sıxmaq və açılmış menyudan videozəngi seçmək lazımdır.

“WhatsApp” şirkətindən bildirilib ki, yeni funksiya ucuz smartfonlarda, həmçinin mobil rabitənin keyfiyyəti aşağı olduqda işləyir.

Videozəng funksiyası “Skype” (“Microsoft”), “FaceTime” (“Apple”), “Viber”, “Google Hangouts”, “LINE”, “Google Duo” və başqa xidmətlərdə artıq əlçatandır. Ancaq “WhatsApp” yuxarıda sadalanan  xidmətlərdən fərqli olaraq üç mobil platformada əlçatan olmaqla yanaşı, həmçinin “iOS” və “Android” sistemlərinin köhnə versiyalarında işləyir.

Emil Hüseynov




Baxış sayı: 564

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024