Tarix:15/11/16
"ICTnews" Elektron Xəbər Xidməti "4PDA" resursuna istinadən yazır ki, qurğunun əsasını "5G" şəbəkələrində istifadə edilən texnologiyalar təşkil edir. Bunun sayəsində kompüterdən siqnalın virtual reallıq kaskasına sürətli ötürülməsi təmin edilir. Layihə müəlliflərinin sözlərinə görə, simsiz kanallarla məlumatların ötürülməsi üçün digər texnologiyalar bu nəticəyə nail olmağa imkan vermir.
Lakin "MoVR" qurğusunda istifadə edilən texnologiyanın çatışmazlığı da var. Çünki siqnalın stabil ötürülməsi üçün onun yolunda maneə olmamalıdır. Mütəxəssislər qurğunu siqnalın istiqamətini müəyyənləşdirən və onu heç bir maneənin olmadığı tərəfə yönəldən xüsusi mexanizmlə təchiz edərək problemi həll ediblər.
Hazırkı mərhələdə "MoVR" yarı plastik kart ölçüsündə iki kiçik antenaya malikdir. Lakin gələcəkdə antenaların ölçüləri nisbətən böyüyə bilər ki, bunun da sayəsində qurğuya bir neçə virtual reallıq kaskasını qoşmaq mümkün olacaq.
Nizam Nuriyev
“MoVR” virtual reallıq qurğularını naqillərdən xilas edəcək
Mütəxəssislər və istifadəçilər müasir virtual reallıq qurğularının başlıca problemlərindən biri kimi virtual reallıqdan lazımınca həzz almağa imkan verməyən naqilləri göstərirlər. Lakin gələcəkdə vəziyyət dəyişə bilər. Belə ki, bu yaxınlarda Massaçusets Texnologiya İnstitutunun əməkdaşlarının virtual reallıq kaskalarını naqillərdən azad edəcək "MoVR" adlı yeni qurğu yaratmaları məlum olub."ICTnews" Elektron Xəbər Xidməti "4PDA" resursuna istinadən yazır ki, qurğunun əsasını "5G" şəbəkələrində istifadə edilən texnologiyalar təşkil edir. Bunun sayəsində kompüterdən siqnalın virtual reallıq kaskasına sürətli ötürülməsi təmin edilir. Layihə müəlliflərinin sözlərinə görə, simsiz kanallarla məlumatların ötürülməsi üçün digər texnologiyalar bu nəticəyə nail olmağa imkan vermir.
Lakin "MoVR" qurğusunda istifadə edilən texnologiyanın çatışmazlığı da var. Çünki siqnalın stabil ötürülməsi üçün onun yolunda maneə olmamalıdır. Mütəxəssislər qurğunu siqnalın istiqamətini müəyyənləşdirən və onu heç bir maneənin olmadığı tərəfə yönəldən xüsusi mexanizmlə təchiz edərək problemi həll ediblər.
Hazırkı mərhələdə "MoVR" yarı plastik kart ölçüsündə iki kiçik antenaya malikdir. Lakin gələcəkdə antenaların ölçüləri nisbətən böyüyə bilər ki, bunun da sayəsində qurğuya bir neçə virtual reallıq kaskasını qoşmaq mümkün olacaq.
Nizam Nuriyev
Baxış sayı: 560
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet