12px13px15px17px
Tarix:16/11/16

Sürücüsüz avtomobillər üçün universal proqram təminatı təqdim edilib

Sürücüsüz avtomobillər bazarının yeni oyunçusu “AIMotive” şirkəti süni intellekt texnologiyasından istifadə edən və istənilən şəraitə və sürmə tərzinə uyğunlaşan avtonom sürmə üçün dünyanın ilk universal proqram təminatını yaradıb.

“ICTnews” Elektron Xəbər Xidməti “Naked Science” resursuna istinadən yazır ki, “aiDrive” adlanan avtonom sürmə sisteminə daxil olan elementlər dəsti tanıma, dayanma, hərəkət və idarəetmə sürgülərindən ibarətdir. Şirkətin əməliyyat direktorunun sözlərinə görə, sistemin əsasını ilk növbədə əvvəllər görünməmiş nəticələrə nail olmağa imkan verən tanınma sürgüsü təşkil edir.

Sistem 6-25-dək sayda ola bilən kameradan informasiyanı qəbul edərək hər kadrı kiçik detallara bölür. Həmçinin sistem 100-ə yaxın müxtəlif obyekt sinfini tanıya bilir. Lakin mütəxəssislər qeyd edirlər ki, tam avtonomluğun təmini üçün sistemə piyadalar, nişanlama xətləri, digər avtomobillər və s. kimi 25 müxtəlif obyekt də kifayət edir. Hər kadr üçün sistem görünən obyektlərin siyahısını tərtib edərək dərhal avtomobilə qədər olan məsafəni və bucağı müəyyənləşdirir.

Hərəkət sürgüsü avtomobilə müstəqil şəkildə sürücünün getmək istədiyi yerləri əvvəlcədən bilməyə imkan verir. Bu, kompüter təlimi texnologiyaları və sürücünün getdiyi bütün yerlərin dərin təhlili sayəsində mümkün olur. Bundan başqa, belə texnologiyalar bir neçə səfərdən sonra sürmə tərzini yadda saxlayaraq onun surətini çıxarmaya başlayan idarəetmə sürgüsünün də əsasını təşkil edir.

Qeyd etmək lazımdır ki, sürücünün fərdi funksiyaları sistemin “bulud” saxlancında saxlanılacaq ki, bu da bütün dünyada istənilən avtomobildən şəxsi avtomobil kimi istifadəyə imkan verəcək.

Nizam Nuriyev




Baxış sayı: 452

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






27 İyul 2017

27/07/17
Robot ilan suyun təmizliyinə nəzarət edəcək (VİDEO)

Lozanna Federal Politexnik Məktəbinin (EPFL) mühəndislər qrupu suyun təmizliyinə nəzarət və onun 

27/07/17
“USB 3.2” məlumatları 2 dəfə sürətli ötürəcək

“USB” interfeysinin 22 il əvvəl buraxılmasına baxmayaraq mütəxəssislər texnologiyanı inkişaf etdirməkdə 

27/07/17
İkiekranlı “Meizu” smartfonları rəsmən təqdim olunub

Çinin “Meizu” şirkəti 2 yeni qabaqcıl smartfonu - “Pro 7” və “Pro 7 Plus” modellərini rəsmən təqdim edib.

26 07 2017

26/07/17
Paytaxtda rabitə infrastrukturu olmayan ərazilər telefonlaşdırılır

Bakı Telefon Rabitəsi MMC (“Baktelecom”) rabitə infrastrukturu olmayan ərazilərdə kabelləşdirmə işlərini davam etdirir.

26/07/17
Fırıldaqçı virus proqramlarının qurbanları nə qədər pul ödəyib?

“Google” şirkəti “Chainalysis”, San Dieqo Kaliforniya Universiteti (UCSD) və Nyu-York Universitetinin 

26/07/17
Yeni sistem kinoteatrda tamaşaçıların üz ifadələrini izləyəcək

“Caltech” və “Disney Research” şirkətləri tamaşaçıların bu və ya digər filmlərə reaksiyalarının təhlili 

26/07/17
“Ağıllı” üzük barmağı telefona çevirəcək (VİDEO)

“Kickstarter” saytında istifadəçinin barmağını qarnitura çevirəcək “ağıllı” üzük üçün

26/07/17
Sürücüsüz avtomobillər üçün ilk dayanacaq istifadəyə verilib (VİDEO)

Almaniyanın “Bosch” və “Daimler” Şirkətlər Qrupu sürücüsüz avtomobillər üçün dünyada

26/07/17
Yeni texnologiya məlumatların “SSD” disklərində saxlanma müddətini dəfələrlə artıracaq

Bərk cisimli “SSD” toplayıcıları geniş yayılmaqda davam edərək vaxtilə populyar olan “HDD” sərt disklərini 

26/07/17
“Moto Z2 Force” smartfonu rəsmən təqdim edilib

“Motorola” brendinin sahibi “Lenovo” şirkəti yeni qabaqcıl “Moto Z2 Force” smartfonunu rəsmən təqdim 

26/07/17
“Adobe Flash” platformasının dəstəklənməsi nə vaxt dayandırılacaq?

Son bir neçə il ərzində “Adobe Flash” multimedia platformasının dəstəklənməsinin dayandırılacağı barədə 

26/07/17
Böyük akkumulyator tutumlu smartfon nümayiş olunub

“Oukitel” şirkəti 10 min milliamper/saat tutumlu akkumulyatorla təchiz edilən yeni mühafizəli smartfon