12px13px15px17px
Tarix:28/09/11

“Foxconn” zavodu yenə yandı (VİDEO)

Çin kütləvi informasiya vasitələri yerli mobil elektronika və fərdi kompyuter quraşdırıcısı olan “Foxconn” zavodunda baş vermiş ciddi yanğın haqqında məlumat verib.

Yanğın nəticəsində şirkətin işçilərindən heç kəs həlak olmayıb və istehsal dayandırılmayıb. Təsdiq edilməmiş informasiyaya əsasən, yanğın elektrik kabellərindəki qısa qapanmaya görə baş verib.

“Foxconn”-dan bildiriblər ki, hal-hazırda vəziyyət nəzarət altındadır və yanğın nəticəsində dəymiş zərər sığorta şirkəti tərəfindən ödəniləcək.

Məlumat üçün qeyd edək ki, cari ilin may ayında “Foxconn” zavodunda sexlərdən birində partlayış olub. Bir neçə insan zərər çəkmişdi. Bundan əvvəl isə “Foxconn zavodunda dözülməz iş şəraitinin olduğu və işçilərin intihar dalğası fikri dolaşırdı.





Baxış sayı: 1021

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024