Tarix:17/11/16
“ICTnews” Elektron Xəbər Xidməti “Naked Science” resursuna istinadən yazır ki, kənd təsərrüfatının avtomatlaşdırılması üçün sistemlər hazırda əksər ölkələrdə hazırlanır. Belə ki, bundan əvvəl ABŞ-ın “FarmBot Inc.” şirkəti eyniadlı robot fermasının seriyalı istehsalı üçün vəsait toplamağa başlayıb. Apreldə Yaponiya fermerlərin təqaüdə çıxdıqdan sonra robotlarla əvəz edilməsini nəzərdə tutan proqram təqdim edib. Bu məqsədlə ölkədə 20 yeni aparat növü hazırlanır.
C.Counzun “Tertill” adlanan yeni robotu günəş batareyası, akkumulyator, otbiçən maşın və yaxınlaşma ötürücüləri ilə təchiz edilən dördtəkərli qurğu səkilindədir. Alaq otunu aşkar edən robot otbiçəni işə salaraq onu kəsməyə başlayır. Lakin qeyd etmək lazımdır ki, robot klirensdən keçən bütün bitkiləri alaq “hesab edir”. Həmçinin aparat hələ bitməmiş əkinləri və hündür bitkiləri çəpərləyən tordan yan keçə bilir.
İxtiraçının sözlərinə görə, “Tertill” seriyalı istehsala hazır olan zaman iki əlavə funksiya ilə təchiz ediləcək. Məsələn, robot öz istifadəçisinin smartfonuna torpağın və əkinin vəziyyəti barədə məlumatlar ötürə, eləcə də quşları qorxudan müqəvva funksiyasını yerinə yetirə biləcək.
Robotun istehsalı üçün ixtiraçı "Franklin Robotics” şirkətini təsis edib. Bundan əvvəl isə o, “Roomba” robot tozsoranını yaratdığı “iRobot” şirkəti ilə əməkdaşlıq edib.
Nizam Nuriyev
Robot bostanda alaq otlarını biçəcək
Amerikalı ixtiraçı Co Counz bostanda alaq otlarının biçilməsi üçün robot icad edib.“ICTnews” Elektron Xəbər Xidməti “Naked Science” resursuna istinadən yazır ki, kənd təsərrüfatının avtomatlaşdırılması üçün sistemlər hazırda əksər ölkələrdə hazırlanır. Belə ki, bundan əvvəl ABŞ-ın “FarmBot Inc.” şirkəti eyniadlı robot fermasının seriyalı istehsalı üçün vəsait toplamağa başlayıb. Apreldə Yaponiya fermerlərin təqaüdə çıxdıqdan sonra robotlarla əvəz edilməsini nəzərdə tutan proqram təqdim edib. Bu məqsədlə ölkədə 20 yeni aparat növü hazırlanır.
C.Counzun “Tertill” adlanan yeni robotu günəş batareyası, akkumulyator, otbiçən maşın və yaxınlaşma ötürücüləri ilə təchiz edilən dördtəkərli qurğu səkilindədir. Alaq otunu aşkar edən robot otbiçəni işə salaraq onu kəsməyə başlayır. Lakin qeyd etmək lazımdır ki, robot klirensdən keçən bütün bitkiləri alaq “hesab edir”. Həmçinin aparat hələ bitməmiş əkinləri və hündür bitkiləri çəpərləyən tordan yan keçə bilir.
İxtiraçının sözlərinə görə, “Tertill” seriyalı istehsala hazır olan zaman iki əlavə funksiya ilə təchiz ediləcək. Məsələn, robot öz istifadəçisinin smartfonuna torpağın və əkinin vəziyyəti barədə məlumatlar ötürə, eləcə də quşları qorxudan müqəvva funksiyasını yerinə yetirə biləcək.
Robotun istehsalı üçün ixtiraçı "Franklin Robotics” şirkətini təsis edib. Bundan əvvəl isə o, “Roomba” robot tozsoranını yaratdığı “iRobot” şirkəti ilə əməkdaşlıq edib.
Nizam Nuriyev
Baxış sayı: 509
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- “Elektron imza” sənəd qəbulunu asanlaşdıracaq
- Google: Microsoft Windows – istifadəçilər üçün işgəncədir
- Qızıl korpuslu İpad
- Hansı soyadı daşıyan telefon abunəçiləri daha çoxdur?
- Apple diskriminasiyaya görə məhkəməyə verilib
- Bakıda nəqliyyatın hərəkəti peyklə idarə olunacaq
- Barak Obamaya məşhur video oyunu hədiyyə edilib
- Hakerlər "Əl-Kaidə"yə pirojna hazırlamağı öyrədir
- Teleaparıcılara Facebook və Twitter-in adını çəkmək qadağan edilib
- “Google Earth” okeanların dibini də göstərəcək
- İşlənmiş batareyaların ətraf mühitə və insan sağlamlığına zərəri
- Mark Sukerberq İT sənayesinin ən varlı insanları siyahısında üçüncüdür
- Cənubi koreyalı yeniyetmələr kompyuter biliyi üzrə liderdirlər
- 2015-ci ilədək elektron pullar nağd pulları əvəz edəcək
- Ən yaxşı mehmanxana saytı