12px13px15px17px
Tarix:22/11/16

İngilislər dronlardan küçə fənərləri kimi istifadə etməyi təklif ediblər

“Direct Line” sığorta şirkəti pilotsuz uçan aparatlardan (dron) küçələrdə şəxsi işıqlandırma qurğuları kimi istifadə etməyi təklif edir.

Böyük Britaniyanın “Direct Line” sığorta şirkəti gecə vaxtı insanlara özlərini daha təhlükəsiz hiss etmək imkanı yaratmaq üçün “Fleetlights” layihəsini düşünüb. Şirkət nümayəndələri bildiriblər ki, küçə fənərləri lazımi keyfiyyətlərə malik deyillər və ona görə işıqlandırma sistemi ilə təchiz edilmiş dronlardan istifadə etməyi təklif ediblər.

“ICTnews” Elektron Xəbər Xidməti “http://naked-science.ru” saytına istinadən yazır ki, istifadəçilər şirkət tərəfindən hazırlanmış xüsusi mobil proqramın köməyi ilə şəxsi dron sifariş edə bilərlər. Çağırışdan sonra sifariş dronların idarəetməsi üzrə yerli mərkəzlərə göndərilir və operator tapşırığın icrası üçün daha müvafiq pilotsuz uçan aparatı təyin edir.

Dronlar tamamilə avtonom uçurlar və təyinat yerinə çatdıqdan sonra lazımi insanı müstəqil taparaq onun arxasınca hərəkət edirlər. İstifadəçi işıqlandırma lazım olmadıqda pilotsuz aparatı stansiyaya geri göndərə bilər. Bundan başqa, operatorlar dronu enerji ilə doldurmaq üçün istənilən vaxt bazaya geri qaytara bilərlər. Bu halda gələn yeni dron istifadəçinin hərəkət yolunu işıqlandırmağa davam edəcək. İstifadə edilən dronlar təxminən 2.5 km-lik idarəetmə diapazonuna malikdir və havada 30 dəqiqədən çox qala bilirlər.

Emil Hüseynov






Baxış sayı: 540

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024