12px13px15px17px
Tarix:22/11/16

Dünyada ilk foton neyron şəbəkəsi yaradılıb

Prinston Universitetinin mütəxəssisləri dünyada ilk foton neyron şəbəkəsi yaradıblar. Alimlərin yeni inteqral mikrosxemi istənilən hesablamanı çox böyük sürətlə aparır.

Qeyd etmək lazımdır ki, optik tipli kompüterlər texnologiya sahəsində əsl inqilab hesab edilir, çünki fotonlar elektronlardan fərqli olaraq informasiyanı daha sürətli emal etmək qabiliyyətinə malikdir. Buna baxmayaraq, belə qurğular çox bahadır.

"ICTnews" Elektron Xəbər Xidməti "planet-today.ru" saytına istinadən yazır ki, neyronun tezlik xarakteristikasına malik optik qurğunun hazırlanması texnologiyalar dünyasında əsl inqilabdır. Belə həllin qovşaqları silisiumdan hazırlanmış yumru formalı kiçik dalğaverəndir (qısa məsafələrə radio dalğalarını ötürən boru). Silisium alt qatında hərəkət edən  fotonlar lazer üçün siqnal rolunu yerinə yetirirlər və çıxışda onun gücünə nəzarət edirlər.

Fotonlar üçün yaradılmış 49 qovşaqdan ibarət nümunəyə əsaslanan mütəxəssislər xüsusi tənlik hazırlayıblar. Məlum olub ki, foton neyron şəbəkəsi adi prosessorla müqayisədə informasiyanı üç dəfə daha sürətli emal etmək qabiliyyətinə malikdir.

Emil Hüseynov




Baxış sayı: 650

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024