12px13px15px17px
Tarix:22/11/16

2017-ci ildə bu əməliyyat sistemi qlobal noutbuk bazarında öz mövqeyini itirəcək

“TrendForce” şirkətinin analitiklərinin proqnozuna görə, yaxın illərdə “Microsoft” şirkətinin “Windows” platforması qlobal noutbuk bazarında bazar payını itirməyə davam edəcək, rəqibləri “Chrome OS” və “Mac OS” isə əksinə, öz mövqelərini möhkəmləndirəcək.

“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, mütəxəssislər “Chrome OS” sisteminin qurğu istehsalçıları üçün daha əlverişli variant olduğunu bildirib, çünki “Google” bu əməliyyat sisteminin quraşdırılmasına görə lisenziya yığımı tələb etmir. Bundan başqa, “Android” ekosistemi ilə daha sıx inteqrasiya xrombuklara maraq və tələbatın artmasına əlavə imkan yaradır.

“Gartner” şirkətinin analitiki Mikako Kitaqava hesab edir ki, cari ildə xrombuklar fərdi kompüter (FK) bazarının müsbət dinamika göstərən bəzi seqmentlərindən biri olacaq. Ekspertin proqnozuna görə, 2016-cı ildə “Chrome OS” ƏS-i ilə işləyən noutbukların tədarük həcmi 15% artaraq 7.5-8 milyon arasında olacaq.

“Mac OS” sistemi haqda danışan mütəxəssislər əlavə ediblər ki, 2016-cı il oktyabrın sonunda təqdim edilmiş yeni “MacBook Pro” qurğuları sayəsində “Apple” 2017-ci ildə noutbuk bazarında 8%-lik bazara sahiblənə bilər və  bu artım “Windows” sisteminin zəifləməsi hesabına olacaq.

Emil Hüseynov




Baxış sayı: 936

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024