Tarix:25/11/16
Hələ cari ilin yanvarında istifadəyə verilmiş “Amazon Dash Replenishment” layihəsi əvvəllər "ağıllı" düymələrdən istifadəyə əsaslanırdı. Həmin düymələrə toxunuş etdikdə internet mağazasından zəruri məhsul sifariş edilirdi. Bu halda bir düymə yalnız bir konkret məhsul üçün proqramlaşdırılmışdı. İndi şirkət məhsulların internet üzərindən sifarişini avtomatlaşdırmağa dair qərar verib.
“ICTnews” Elektron Xəbər Xidməti “naked-science.ru” saytına istinadən yazır ki, “Amazon” tərəfindən təqdim edilmiş yeni qurğular evdə zəruri məhsulların ehtiyatına müstəqil nəzarət edir və çatışmadıqda onları sifariş edə bilir. Şirkət yeni xidmətini işə salmaq üçün “Whirpool”, “Samsung”, “Bosch” və “Purell” kimi partnyorlarla işbirliyi qurub.
Təqdim edilmiş “WePlenish” adlı qurğu istehlak vərdişləri, məhsulların anbar otağı və ya yeşikdə yerləşməsini araşdırır və bundan sonra zəruri məhsulların mövcudluğunu izləməyə başlayır. Cihaz, həmçinin çatışmayan məhsulları müstəqil sifariş edə bilir.
“GeniCan” adlı qurğu zibil çəninə qoşulur və atılmış məhsulların ştrix kodunu skan edir. Bundan sonra qurğu almaq lazım olan zəruri məhsulların siyahısını tərtib edir.
Emil Hüseynov
"Ağıllı" zibil çənləri internetdən məhsul sifariş edəcək
“Amazon” şirkəti tərəfindən "ağıllı" ev üçün təqdim edilmiş yeni qurğular gündəlik tələbat məhsullarının vaxtında təmin edilməsinə nəzarət edəcək.Hələ cari ilin yanvarında istifadəyə verilmiş “Amazon Dash Replenishment” layihəsi əvvəllər "ağıllı" düymələrdən istifadəyə əsaslanırdı. Həmin düymələrə toxunuş etdikdə internet mağazasından zəruri məhsul sifariş edilirdi. Bu halda bir düymə yalnız bir konkret məhsul üçün proqramlaşdırılmışdı. İndi şirkət məhsulların internet üzərindən sifarişini avtomatlaşdırmağa dair qərar verib.
“ICTnews” Elektron Xəbər Xidməti “naked-science.ru” saytına istinadən yazır ki, “Amazon” tərəfindən təqdim edilmiş yeni qurğular evdə zəruri məhsulların ehtiyatına müstəqil nəzarət edir və çatışmadıqda onları sifariş edə bilir. Şirkət yeni xidmətini işə salmaq üçün “Whirpool”, “Samsung”, “Bosch” və “Purell” kimi partnyorlarla işbirliyi qurub.
Təqdim edilmiş “WePlenish” adlı qurğu istehlak vərdişləri, məhsulların anbar otağı və ya yeşikdə yerləşməsini araşdırır və bundan sonra zəruri məhsulların mövcudluğunu izləməyə başlayır. Cihaz, həmçinin çatışmayan məhsulları müstəqil sifariş edə bilir.
“GeniCan” adlı qurğu zibil çəninə qoşulur və atılmış məhsulların ştrix kodunu skan edir. Bundan sonra qurğu almaq lazım olan zəruri məhsulların siyahısını tərtib edir.
Emil Hüseynov
Baxış sayı: 514
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- “Elektron imza” sənəd qəbulunu asanlaşdıracaq
- Google: Microsoft Windows – istifadəçilər üçün işgəncədir
- Qızıl korpuslu İpad
- Hansı soyadı daşıyan telefon abunəçiləri daha çoxdur?
- Apple diskriminasiyaya görə məhkəməyə verilib
- Bakıda nəqliyyatın hərəkəti peyklə idarə olunacaq
- Barak Obamaya məşhur video oyunu hədiyyə edilib
- Hakerlər "Əl-Kaidə"yə pirojna hazırlamağı öyrədir
- Teleaparıcılara Facebook və Twitter-in adını çəkmək qadağan edilib
- “Google Earth” okeanların dibini də göstərəcək
- İşlənmiş batareyaların ətraf mühitə və insan sağlamlığına zərəri
- Mark Sukerberq İT sənayesinin ən varlı insanları siyahısında üçüncüdür
- Cənubi koreyalı yeniyetmələr kompyuter biliyi üzrə liderdirlər
- 2015-ci ilədək elektron pullar nağd pulları əvəz edəcək
- Ən yaxşı mehmanxana saytı