Tarix:30/11/16
“ICTnews” Elektron Xəbər Xidməti “dni24.com” saytına istinadən yazır ki, belə istilik mübadiləsi sayəsində bədənin temperaturu selsi şkalası üzrə 2 dərəcə azala bilər. İnnovativ köynəyi geyinmiş insanlar isti havada, kondisionerlə təchiz edilməmiş otaqda özlərini rahat hiss edəcəklər. Bundan başqa, köynək tərin buxarlanmasına mane olmur.
Mütəxəssislərin fikrincə, onların ixtirası elektrik enerjisinə qənaət etməyə kömək edəcək. Belə ki, isti iqlimə malik regionlarda kondisionerlərdən istifadə zamanı xeyli elektrik enerjisi sərf olunur. Yeni köynək
kondisionerlərdən istifadəni azaldacaq.
Köynəyin hazırlanmasında istifadə edilmiş material “nanoPe” adlandırılıb. Parça çoxsaylı dəliklərdən ibarət nazik plyonka formasındadır. Dəliklərin ölçüsünün qalınlığı insan saçından 100 dəfə azdır. Məhz bu dəliklərin sayəsində səmərəli istilik mübadiləsi həyata keçirilir.
Emil Hüseynov
Alimlər bədəni soyudan parça icad ediblər
Stenford Universitetinin alimləri tərəfindən innovativ materialdan köynək hazırlanıb. Yeni material xarici istilik şüasını keçirmir. Ancaq eyni zamanda köynək insanın bədəni tərəfindən yaradılan istiliyin 90%-ni buraxır.“ICTnews” Elektron Xəbər Xidməti “dni24.com” saytına istinadən yazır ki, belə istilik mübadiləsi sayəsində bədənin temperaturu selsi şkalası üzrə 2 dərəcə azala bilər. İnnovativ köynəyi geyinmiş insanlar isti havada, kondisionerlə təchiz edilməmiş otaqda özlərini rahat hiss edəcəklər. Bundan başqa, köynək tərin buxarlanmasına mane olmur.
Mütəxəssislərin fikrincə, onların ixtirası elektrik enerjisinə qənaət etməyə kömək edəcək. Belə ki, isti iqlimə malik regionlarda kondisionerlərdən istifadə zamanı xeyli elektrik enerjisi sərf olunur. Yeni köynək
kondisionerlərdən istifadəni azaldacaq.
Köynəyin hazırlanmasında istifadə edilmiş material “nanoPe” adlandırılıb. Parça çoxsaylı dəliklərdən ibarət nazik plyonka formasındadır. Dəliklərin ölçüsünün qalınlığı insan saçından 100 dəfə azdır. Məhz bu dəliklərin sayəsində səmərəli istilik mübadiləsi həyata keçirilir.
Emil Hüseynov
Baxış sayı: 552
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet