Tarix:30/11/16
“ICTnews” Elektron Xəbər Xidməti “4PDA” resursuna istinadən yazır ki, “No.1” şirkəti smartfonsuz işləməklə yanaşı, həm də onu tam əvəz edə bilən yeni “ağıllı” “G7” saat modeli təqdim edib. Saat 1,54 düymlük sensor displey, quraşdırılmış mikrofon, dinamik və SİM kart üçün zənglər etməyə imkan verən çıxışla təchiz edilib. Bu, mahiyyət etibarilə həm biləkdə, həm də cibdə daşına bilən kiçik smartfondur.
Korpusu 316L paslanmayan poladdan düzəldilən “No.1 G7” saatı gümüşü və qara rəngdə istehsal edilib. Qurğu xüsusi dokda rezin kəmər və ya metal bilərziklə bərkidilir və istifadəçinin zənglərə cavab verməsi üçün istənilən anda çıxarıla bilər.
Qurğu 240х240 piksel təsvir ölçülü 1,54 düymlük displey, “MediaTek MT2502” prosessor, 128 meqabaytlıq operativ yaddaş, “microSD” yaddaş kartını 128 giqabaytadək artırmağa imkan verən 64 meqabaytlıq quraşdırılmış yaddaş və 380 milliamper/saat tutumlu akkumulyatora malikdir.
Digər “ağıllı” saatlar kimi, “No.1 G7” daxil olan bildirişlər, təqvimdəki əlamətdar hadisələr, planlaşdırılan görüşlər və idmanla məşğul olma vaxtı barədə məlumat verə bilir. Həmçinin saat fiziki aktivliyi, o cümlədən yuxu fazalarını izləyir.
“No.1 G7” saatının qiyməti və satışa çıxarılma müddəti barədə məlumat verilmir.
Nizam Nuriyev
“Ağıllı” saat smartfonu əvəz edəcək
Satışda olan əksər “ağıllı” saatların hamısının tam gücü ilə işləməsi üçün daim smartfona qoşulması tələb olunduğuna görə onların imkanları çox məhduddur.“ICTnews” Elektron Xəbər Xidməti “4PDA” resursuna istinadən yazır ki, “No.1” şirkəti smartfonsuz işləməklə yanaşı, həm də onu tam əvəz edə bilən yeni “ağıllı” “G7” saat modeli təqdim edib. Saat 1,54 düymlük sensor displey, quraşdırılmış mikrofon, dinamik və SİM kart üçün zənglər etməyə imkan verən çıxışla təchiz edilib. Bu, mahiyyət etibarilə həm biləkdə, həm də cibdə daşına bilən kiçik smartfondur.
Korpusu 316L paslanmayan poladdan düzəldilən “No.1 G7” saatı gümüşü və qara rəngdə istehsal edilib. Qurğu xüsusi dokda rezin kəmər və ya metal bilərziklə bərkidilir və istifadəçinin zənglərə cavab verməsi üçün istənilən anda çıxarıla bilər.
Qurğu 240х240 piksel təsvir ölçülü 1,54 düymlük displey, “MediaTek MT2502” prosessor, 128 meqabaytlıq operativ yaddaş, “microSD” yaddaş kartını 128 giqabaytadək artırmağa imkan verən 64 meqabaytlıq quraşdırılmış yaddaş və 380 milliamper/saat tutumlu akkumulyatora malikdir.
Digər “ağıllı” saatlar kimi, “No.1 G7” daxil olan bildirişlər, təqvimdəki əlamətdar hadisələr, planlaşdırılan görüşlər və idmanla məşğul olma vaxtı barədə məlumat verə bilir. Həmçinin saat fiziki aktivliyi, o cümlədən yuxu fazalarını izləyir.
“No.1 G7” saatının qiyməti və satışa çıxarılma müddəti barədə məlumat verilmir.
Nizam Nuriyev
Baxış sayı: 614
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet