12px13px15px17px
Tarix:01/12/16

Neyron şəbəkəsi insanlar üçün ən yaxşı hədiyyə seçməyi öyrənib

“Ebo” startapı tərəfindən hazırlanmış və işi neyron şəbəkəsinə əsaslanan xidmət yaxınlarınız üçün ən gözəl hədiyyəni seçməkdə kömək edəcək.

“ICTnews” Elektron Xəbər Xidməti “naked-science.ru” saytına istinadən yazır ki, bir çoxları öz yaxınlarına və dostlarına hədiyyə seçməkdə çətinlik çəkirlər. Ancaq tezliklə süni intellekt texnologiyaları sayəsində bu problem öz həllini tapacaq. “Ebo” şirkəti hədiyyə seçimində neyron şəbəkəsinə əsaslanan xidmət hazırlayıb. İstifadəçilər xidmətin bir neçə sualını cavablandırdıqdan sonra sonuncu müstəqil gözəl hədiyyə seçəcək.

Neyron şəbəkəsi özü öyrənmək qabiliyyətinə malikdir. Texnologiya artıq bir çox sahələrdə (kənd təsərrüfatı, genetika və incəsənət) tətbiq edilir. “Ebo” şirkəti öz neyron şəbəkəsini öyrətmək üçün öz maraqları, brend və müəyyən məhsullara bağlılığı haqda sualları anonim cavablandıran 21 milyondan çox insanın məlumatından istifadə edib.

Tərtibatçılar bildirirlər ki, hazırda bütün mümkün variantların təhlili üçün sistemə 1 gün tələb olunur, ancaq onlar xidmətin sürətləndirilməsi üzərində işləyirlər.

Emil Hüseynov




Baxış sayı: 538

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024