Tarix:02/12/16
“ICTnews” Elektron Xəbər Xidməti “Hi-News” resursuna istinadən yazır ki, 150 mindən çox yaşayış evinin elektrik enerjisi ilə təmini üçün nəzərdə tutulan elektrik enerjisi istehsalı üzrə yeni stansiyanın gücü 648 meqavat təşkil edir. İri günəş elektrostansiyasının tikintisi Hindistan üçün əhalinin daha ucuz elektrik enerjisi ilə təmini istiqamətində atılan mühüm addım hesab edilir. Ölkə 2022-ci ilədək 60 milyon evi günəş enerjisi ilə təchiz etməyi, 2030-cu ilədək isə qazıntı halında tapılmayan mənbələr sayəsində lazım olan enerjinin 40 faizinin istehsalını planlaşdırır.
Dünyanın nəhəng günəş elektrostansiyasının inşası və ucuz enerjinin istehsalı üzrə layihələrin aktiv inkişafı sayəsində Hindistan növbəti ildə dünyada istehsal olunan günəş enerjisinin həcminə görə Çin və ABŞ-dan sonra üçüncü yeri tuta bilər.
Qeyd edək ki, Hindistan dünyada yanar yanacaq növlərindən istifadənin minimallaşdırılması və ya tam imtina edilməsi üzrə aktiv tərəfdarlardan biridir.
Nizam Nuriyev
Hindistanda dünyanın ən böyük günəş elektrostansiyasının inşası yekunlaşıb
Hindistanda dünyanın ən iri günəş elektrostansiyasının tikintisi başa çatıb. Tamil-Nadu ştatında yerləşən “Kamuti” stansiyası 10,36 kvadrat km ərazidə quraşdırılan 2,5 milyon günəş panelindən istifadə edir. İnşaat işləri 8 aya tamamlanıb.“ICTnews” Elektron Xəbər Xidməti “Hi-News” resursuna istinadən yazır ki, 150 mindən çox yaşayış evinin elektrik enerjisi ilə təmini üçün nəzərdə tutulan elektrik enerjisi istehsalı üzrə yeni stansiyanın gücü 648 meqavat təşkil edir. İri günəş elektrostansiyasının tikintisi Hindistan üçün əhalinin daha ucuz elektrik enerjisi ilə təmini istiqamətində atılan mühüm addım hesab edilir. Ölkə 2022-ci ilədək 60 milyon evi günəş enerjisi ilə təchiz etməyi, 2030-cu ilədək isə qazıntı halında tapılmayan mənbələr sayəsində lazım olan enerjinin 40 faizinin istehsalını planlaşdırır.
Dünyanın nəhəng günəş elektrostansiyasının inşası və ucuz enerjinin istehsalı üzrə layihələrin aktiv inkişafı sayəsində Hindistan növbəti ildə dünyada istehsal olunan günəş enerjisinin həcminə görə Çin və ABŞ-dan sonra üçüncü yeri tuta bilər.
Qeyd edək ki, Hindistan dünyada yanar yanacaq növlərindən istifadənin minimallaşdırılması və ya tam imtina edilməsi üzrə aktiv tərəfdarlardan biridir.
Nizam Nuriyev
Baxış sayı: 576
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet