12px13px15px17px
Tarix:02/12/16

“Rossiya” telekanalı “Bakutel 2016” sərgi və konfransı haqqında reportaj təqdim edib

"Rossiya" telekanalı tamaşaçılarına XXII Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları sərgisi - "Bakutel 2016" haqqında reportaj təqdim edib.
Sərgidə təqdim edilən maraqlı yeniliklər barədə söz açan videomaterialda sərgi ilə noyabrın 30-da tanış olan Azərbaycan Respublikası Prezidentinin "Rossiya" telekanalına müsahibəsindən qısa fraqment də yer alıb.
 
"Həm Rusiyada, həm də Azərbaycanda bu gün informasiya texnologiyaları sektorunun inkişafına böyük diqqət yetirilir. Çünki gələcək bu sektorla bağlıdır. Bu, həm biznes, həm təhsil, həm elm, həm də təhlükəsizlikdir. Bizim aramızda əməkdaşlıq, fikrimcə, kifayət qədər effektiv və uğurludur. Əlbəttə ki, biz əməkdaşlıq potensialını genişləndirməliyik", - deyə dövlət başçısı qeyd edib.
 
Reportajda, həmçinin Rusiya Federasiyası rabitə və kütləvi kommunikasiyalar nazirinin müavini Dmitri Alxazovun fikirləri təqdim edilib: "Sərginin dərəcəsi ildən-ilə azalmır. Çoxlu xarici istehsalçı, operatorlar var. Ümumilikdə hələ uzun illər müxtəlif ölkələrin iştirakçılarının diqqətini cəlb edəcək maraqlı tədbirdir. Yeni istehsallar, yeni həllər yarandıqca, əlbəttə ki, Rusiya Federasiyasının əksər nümayəndələri bu meydançanı burada təmsil olunmağa layiq hesab edəcəklər".
 
"Bakutel 2016" sərgisi reportajda xüsusilə Rusiya Federasiyası və Azərbaycan arasında  əməkdaşlığın qurulması üçün meydança kimi təqdim olunub. Videomaterialda, həmçinin işçi qrupunun fəaliyyəti, rəqəmli iqtisadiyyat və elektron hökumət məsələləri üzrə müzakirələr qeyd olunur.
Süjet müəllifləri əmindirlər ki, ölkələr Azərbaycanla rabitə və yüksək texnologiyalar məsələləri ilə bağlı çox şey müzakirə edə bilərlər.
Reportajı diqqətinizə çatdırırıq: 






Baxış sayı: 1678

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Noyabr 2024

20 11 2024