Tarix:06/12/16
"ICTnews" Elektron Xəbər Xidməti "Naked Science" resursuna istinadən yazır ki, əlavə bir toxunuşla dost və qohumların harada olması barədə məlumat mübadiləsinə imkan verir.
Əlavədə qeydiyyatdan keçərkən istifadəçiyə ünvan kitabçasından onun olduğu yer barədə məlumat mübadiləsi edəcək "inanılmış kontakt"ları seçmək təklif olunur. Bu kontaktlar, həmçinin smartfon sahibinin harada olması haqqında informasiya tələb etməyə imkan verir.
"Trusted Contacts" "offline" rejimdə işi dəstəkləyir. Məsələn, batareyanın enerjisi bitsə və ya siqnal itsə, əlavə kontaktlara istifadəçinin son qeydə alınan olduğu yeri göstərəcək. O da qeyd edilməlidir ki, "inanılmış kontakt" hazırda istifadəçinin harada olması barədə informasiya tələb etdikdə, smartfona müvafiq bildiriş gəlir. Lakin müəyyən səbəblərə görə ona cavab verilmədikdə, əlavə avtomatik olaraq tələb edilən informasiyanı göndərir.
Bu funksiya əksər istifadəçiləri hiddətləndirə bilər, lakin "Google" nümayəndələrinin sözlərinə görə, o, tələb olunan informasiyanı sərbəst bölüşməyin qeyri-mümkün olduğu fövqəladə hallarda çox faydalı ola bilər.
Hazırda əlavə yalnız "Android" mobil əməliyyat sistemli qurğularla işləyir, "iOS" sistemi üçün versiyanın hazırlanması üzərində işlər aparılır.
Nizam Nuriyev
Yeni mobil proqram fövqəladə hallar zamanı doğma insanları axtaracaq
"Google" şirkəti fövqəladə hallar zamanı doğma insanların axtarışı üçün nəzərdə tutulan "Trusted Contacts" ("İnanılmış kontaktlar") əlavəsini təqdim edib."ICTnews" Elektron Xəbər Xidməti "Naked Science" resursuna istinadən yazır ki, əlavə bir toxunuşla dost və qohumların harada olması barədə məlumat mübadiləsinə imkan verir.
Əlavədə qeydiyyatdan keçərkən istifadəçiyə ünvan kitabçasından onun olduğu yer barədə məlumat mübadiləsi edəcək "inanılmış kontakt"ları seçmək təklif olunur. Bu kontaktlar, həmçinin smartfon sahibinin harada olması haqqında informasiya tələb etməyə imkan verir.
"Trusted Contacts" "offline" rejimdə işi dəstəkləyir. Məsələn, batareyanın enerjisi bitsə və ya siqnal itsə, əlavə kontaktlara istifadəçinin son qeydə alınan olduğu yeri göstərəcək. O da qeyd edilməlidir ki, "inanılmış kontakt" hazırda istifadəçinin harada olması barədə informasiya tələb etdikdə, smartfona müvafiq bildiriş gəlir. Lakin müəyyən səbəblərə görə ona cavab verilmədikdə, əlavə avtomatik olaraq tələb edilən informasiyanı göndərir.
Bu funksiya əksər istifadəçiləri hiddətləndirə bilər, lakin "Google" nümayəndələrinin sözlərinə görə, o, tələb olunan informasiyanı sərbəst bölüşməyin qeyri-mümkün olduğu fövqəladə hallarda çox faydalı ola bilər.
Hazırda əlavə yalnız "Android" mobil əməliyyat sistemli qurğularla işləyir, "iOS" sistemi üçün versiyanın hazırlanması üzərində işlər aparılır.
Nizam Nuriyev
Baxış sayı: 669
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet