12px13px15px17px
Tarix:29/09/11

Mark Sukerberq vəhşi öküz əti yeyib

Keçən yaz  “Facebook” sosial şəbəkəsinin banisi Mark Sukerberq yalnız öz əli ilə öldürdüyü heyvanların ətini yeyəcəyini söz verib.

Bundan sonra dünyada ən böyük sosial şəbəkənin rəhbəri omar (onayaqlı, iri dəniz xərçəngi), donuz, toyuq və keçi "öldürərək" ətindən istifadə edib. Bu yaxınlarda isə o, öz menyusuna bizon ətini də əlavə etməyə qərar verib.

“Fortune” nəşri bildirib ki, Mark Sukerberq ovçuluq üçün lisenziya alıb.  Maraqlıdır ki, “F8” konfransında “Mark Sukerberq ilə şirəli ət tikəsi” fotosu görünüb. Şəkildə "Bizon burqeri" imzası da diqqət çəkib.

“Facebook”un banisi sağlam qidadan istifadə etməyə üstünlük verir. Deyilənlərə görə, bizon əti mal ətindən daha dadlıdır və eyni zamanda onda xolesterin olduqca azdır.



Baxış sayı: 890

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024