12px13px15px17px
Tarix:08/12/16

Düşüncə ilə idarə olunan ekzoskelet iflic olmuş insanların hərəkətini sabitləşdirəcək

Beynəlxalq alimlər qrupu tərəfindən hazırlanmış neyron interfeysinə malik ekzoskelet qismən iflic olmuş pasiyentlərin hərəkətini sabitləşdirəcək.

Neyron kompüter interfeysi beynin elektrik aktivliyini kompüter koduna kodlaşdırmağa imkan verən sistemdir. Texnologiya, həmçinin qismən iflic olmuş insanların reabilitasiyasında istifadə edilə bilər. Ancaq müasir neyron interfeyslər çox vaxt qeyri-stabildir və təxminən 90% halda düzgün işləyir. 10% halda insan travma (məsələn, isti içkini öz üzərinə dağıda bilər) ala bilər.

"ICTnews" Elektron Xəbər Xidməti "naked-science.ru" saytına istinadən yazır ki, Tübingen Universitetinin alimləri alternativ variant kimi neyron interfeysi ilə idarə olunan ekzoskelet hazırlayıblar. Aparat gərəksiz hərəkətlərdən müdafiə məqsədilə sığortalayıcı mexanizmlə təchiz edilib. Ekzoskelet elektroensefaloqrafik (EEQ) qarniturun köməyi ilə idarə olunur. Testlərdə 6 nəfər iştirak edib.

Sınaqlar zamanı könüllülər əşyanı əllə tutmalı və gözlərin hərəkəti ilə lazımsız hərəkətlərdən xilas olmalı idilər. Ekzoskeletin laboratoriyadan kənarda sınaqdan keçirilməsi üçün onu əlil arabasına quraşdırıblar. Bu halda sınağın iştirakçıları restoranda çəngəldən, fincandan istifadə edə, bank kartını götürərək başqasına verə, həmçinin əlləri ilə çipsi yeyə biliblər.

İştirakçılar sistem barədə müsbət fikirdədirlər, Müəlliflərin fikrincə, texnologiya iflic olmuş insanların gündəlik həyatında istifadə edilə bilər, çünki neyron interfeysin quraşdırılması heç bir əməliyyat tələb etmir və öyrənilməsi sadədir.

Emil Hüseynov






Baxış sayı: 604

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024