12px13px15px17px
Tarix:12/12/16

Bu ilin ən populyar smartfonları məlum olub

“Counterpoint Market Technology” şirkəti tədqiqat apararaq “iPhone 7” smartfonunun 2016-cı ildə ən çox satılan model olmasını açıqlayıb.

“ICTnews” Elektron Xəbər Xidməti “IGate” resursuna istinadən yazır ki, tədqiqatda analitiklər 2016-cı ilin yekunları üzrə hansı “ağıllı” telefon modelinin daha populyar olmasını müəyyənləşdiriblər. Reytinqdə mütləq lider bu ilin sentyabrında satışa çıxarılan, 4,7 düymlük displey, "Apple A10 Fusion” prosessoru, maksimal qablaşdırmada 256 giqabayt daxili yaddaş, 2 giqabayt operativ yaddaş və sukeçirməz korpus ilə təchiz edilən “iPhone 7” olub.

Ən çox satılan smartfonlar siyahısında ikinci yeri "Samsung Galaxy S7 edge” tutub. Qurğuda güclü texniki xüsusiyyətlər qeyri-adi dizaynla birləşib. “Galaxy S6 edge” modelinin xüsusiyyətlərini özündə birləşdirən smartfon 2560 х 1440 pikselli "Super AMOLED” displeyə, genişləndirilə bilən daxili yaddaş və sukeçirməz korpusa malikdir.  

Reytinqdə üçüncü yerdə apreldə təqdim edilən "HTC 10” smartfonu qərarlaşıb. Aparat 2560 х 1440 piksel təsvir ölçülü 5,2 düymlük ekran, “Snapdragon 820” prosessoru, 64 giqabaytlıq daxili yaddaş və 4 giqabaytlıq operativ yaddaş, eləcə də 3 min milliamper/saat tutumlu akkumulyator ilə təchiz edilib.

Ən populyar smartfonlar siyahısında, həmçinin “Huawei P8 lite”, “Lenovo Vibe X3”, “Meizu M3 Note”, “OnePlus 3”, “LG G5”, “Asus Zenfone 3” modelləri yer alıb.

Nizam Nuriyev 




Baxış sayı: 860

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024