Tarix:14/12/16
“ICTnews” Elektron Xəbər Xidməti “4PDA” resursuna istinadən yazır ki, qulaqcıqda səsin intellektual səsləndirilməsi və stabil simsiz bağlantının dəstəklənməsi üçün yaradılan “Apple W1” prosessorundan istifadə olunur. “AirPods” qulaqda taxılmanı bildirən infraqırmızı sensorlarla təchiz edilib. Bundan başqa, qurğuda qulaqcığa iki dəfə toxunmaqla “Siri” səsli köməkçisini aktivləşdirməyə imkan verən quraşdırılmış akselerometr yer alıb, eləcə də hər bir qulaqcıq mikrofonla təchiz edilib. Həmçinin “AirPods” bütün “Apple” qurğuları ilə uyğunluq təşkil edir və onlar arasında avtomatik dəyişir.
Şirkət nümayəndələrinin sözlərinə görə, qulaqcığı bir dəfə enerji ilə doldurmaqla 5 saat istifadə etmək olar. Enerjinin doldurulması enerjisi 24 saat musiqini dinləməyə kifayət edən xüsusi birləşdirici stansiya vasitəsilə edilir. Qeyd edilməlidir ki, qulaqcıq birləşdirici stansiyanın qapağı açılandan dərhal sonra qurğuya qoşulur.
ABŞ və Rusiyada satışa çıxarılan “AirPods” qulaqcığının tədarükünə iki həftədən sonra başlamaq nəzərdə tutulur.
Nizam Nuriyev
“Apple AirPods” satışa çıxarılıb
Sentyabrın əvvəlində “Apple” şirkəti "iPhone 7” və “iPhone 7 Plus” smartfonları ilə birlikdə simsiz “AirPods” qulaqcığını təqdim edib. Qulaqcıq oktyabrın sonlarında satışa çıxarılmalı olsa da, bu, naməlum səbəblərdən təxirə salınıb. Təsdiq olunmamış məlumatlara görə, “Apple” səsin adi simsiz qulaqcıqlarda olduğu kimi ardıcıl deyil, eyni anda iki qulaqcığa ötürülməsi problemi ilə üzləşib. Hər halda, “AirPods” qulaqcığının “Apple”ın rəsmi saytında satışa çıxarılmasına görə şirkətin artıq bütün problemləri həll etdiyini düşünmək olar.“ICTnews” Elektron Xəbər Xidməti “4PDA” resursuna istinadən yazır ki, qulaqcıqda səsin intellektual səsləndirilməsi və stabil simsiz bağlantının dəstəklənməsi üçün yaradılan “Apple W1” prosessorundan istifadə olunur. “AirPods” qulaqda taxılmanı bildirən infraqırmızı sensorlarla təchiz edilib. Bundan başqa, qurğuda qulaqcığa iki dəfə toxunmaqla “Siri” səsli köməkçisini aktivləşdirməyə imkan verən quraşdırılmış akselerometr yer alıb, eləcə də hər bir qulaqcıq mikrofonla təchiz edilib. Həmçinin “AirPods” bütün “Apple” qurğuları ilə uyğunluq təşkil edir və onlar arasında avtomatik dəyişir.
Şirkət nümayəndələrinin sözlərinə görə, qulaqcığı bir dəfə enerji ilə doldurmaqla 5 saat istifadə etmək olar. Enerjinin doldurulması enerjisi 24 saat musiqini dinləməyə kifayət edən xüsusi birləşdirici stansiya vasitəsilə edilir. Qeyd edilməlidir ki, qulaqcıq birləşdirici stansiyanın qapağı açılandan dərhal sonra qurğuya qoşulur.
ABŞ və Rusiyada satışa çıxarılan “AirPods” qulaqcığının tədarükünə iki həftədən sonra başlamaq nəzərdə tutulur.
Nizam Nuriyev
Baxış sayı: 551
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet