12px13px15px17px
Tarix:14/12/16

Yeni “Nokia” telefonları təqdim olunub

“Nokia” brendi üzərində hüquqa sahib olan Finlandiyanın “HMD Global” şirkəti “Nokia 150” və “Nokia 150 Dual SIM” mobil telefonlarını nümayiş etdirib. Şirkətin məlumatına görə, yeni aparatlar artıq 2017-ci ilin əvvəlindən etibarən 26  dollara satışa çıxarılacaq.

“ICTnews” Elektron Xəbər Xidməti hitech.vesti.ru saytına istinadən yazır ki, “Nokia 150” smartfon deyil, adi düyməli telefondur və 2.4 düymlük “QVGA” (240x320 piksel) təsvir ölçülü ekran, “FM” radio və mp3 pleyer, “Bluetooth”, işıq diodu işıqlandırıcısına malik “VGA” kamera, həmçinin yaddaş kartları (32 QB-dək) üçün “microSD” slotu ilə təchiz edilib. Çəkisi 81 qr-dır.

Akkumulyatorun tutumu (1020 milliamper/saat) 22 saat fasiləsiz danışıq üçün kifayətdir. Gözləmə rejimində bu müddət 31 gündür. “Nokia 150” telefonu 2.5G (900/1800 MHs) şəbəkələrinə qoşula bilir. Qurğunun yaddaşına klassik “Snake Xenzia” oyunu və “Gameloft” şirkətinin “Nitro Racing” yarış oyununun beta-versiyası yüklənib.

Finlandiyanın “HMD Global” şirkəti “Nokia” şirkəti ilə əfsanəvi brendi 10 illik müddətinə mobil telefon və smartfonlarda yerləşdirmək hüququnu lisenziyalaşdırıb. “Nokia” keçmiş top menecerlərindən biri Arto Nummela firmaya rəhbərlik edir.

Emil Hüseynov




Baxış sayı: 542

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024