12px13px15px17px
Tarix:14/12/16

“Cortana” funksiyası məişət texnikasında tətbiq ediləcək

“Microsoft” korporasiyası “Cortana” səsli köməkçi funksiyasını internetə qoşulan məişət cihazları arasında inkişaf etdirmək qərarına gəlib. Korporasiya mühəndislərinin planlarına görə, funksiyadan məişət cihazlarının məsafədən idarə edilməsi üçün istifadə olunacaq.

“ICTnews” Elektron Xəbər Xidməti “IGate” resursuna istinadən yazır ki, “Microsoft” məhsullarının inkişafı bölməsinin direktoru Karla Forester bildirib ki, rəqəmli köməkçini ekrana malik bütün texnikaya quraşdırmaq olar. “Displeyli istənilən “ağıllı” qurğu “Cortana”nın üstünlüklərindən faydalana bilər”, - o qeyd edib. Bununla belə, direktor bunun hansı məqsədlər üçün lazım olması və istifadəçinin hansı üstünlüklər əldə edəcəyi barədə ətraflı məlumat vermək istəməyib.

ABŞ proqram təminatı istehsalçısının Çində “WinHEC” konfransı zamanı keçirdiyi təqdimatda “Cortana” funksiyasını dəstəkləyən soyuducu, termostat və toster kimi bir neçə qurğu nümunəsi nümayiş olunub. Korporasiya səsli köməkçini dəstəkləyən ilk qurğuları 2017-ci ilin martında “Windows 10 Creators Update” yenilənməsi ilə birlikdə təqdim etməyi planlaşdırır.

İlk dəfə 2014-cü il aprelin 2-də San-Fransiskoda “Build” konfransında nümayiş olunan “Cortana” “Windows Phone 8.1”, “Microsoft Band”, “Windows 10”, “Android”, “Xbox One” və “iOS” üçün süni intellekt elementlərinə malik virtual səsli köməkçi funksiyadır. 

Nizam Nuriyev 




Baxış sayı: 741

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024