Tarix:15/12/16
İstehsalçılar iddia edirlər, yeni qurğu malların qablaşdırılması zamanı böyük məbləğdə vəsaitə qənaət etməyə imkan verəcək. “Slimbox”, ilk növbədə qablaşdırıcıları lazımi ölçüdə qutu axtarmaq ehtiyacından xilas edəcək. Bundan başqa, yeni qurğu istifadə edilən qablaşdırma materialının həcmini azaltmağa imkan verəcək. Bütün bu deyilənlər istənilən ölçüdə qutu hazırlamağa imkan verən avtomatik funksiya nəticəsində əlçatan olub.
“ICTnews” Elektron Xəbər Xidməti “naked-science.ru” saytına istinadən yazır ki, yeni qurğu istifadəçi tərəfindən daxil edilən məlumatlar əsasında işləyir. Məsələn, qablaşdırılması tələb olunan əşyanın ölçülərini göstərmək lazımdır, bundan sonra mobil proqram lazımi qutunun kompüter modelini özü yaradır.
Model “Slimbox” qurğusuna ötürülür, daha sonra lazer büzmələnmiş kartonun lazımi yerlərində kəsiklər edir. İstifadəçi bu kəsiklərə əsasən kartonu əyərək lazımi qutunu yarada biləcək.
Yaxın aylarda “Slimbox” qurğularının istehsalına başlanılacaq və 2017-ci ilin sentyabrında satışa çıxarılacaq.
Emil Hüseynov
"Ağıllı" qablaşdırma maşını müvafiq ölçüdə qutular yaradacaq
Belçikanın “Fit Things” startapı tərəfindən təqdim edilmiş “Slimbox” adlı unikal maşın istənilən əşyanın ölçüsünə uyğun lazımi qutunu avtomatik yaradır.İstehsalçılar iddia edirlər, yeni qurğu malların qablaşdırılması zamanı böyük məbləğdə vəsaitə qənaət etməyə imkan verəcək. “Slimbox”, ilk növbədə qablaşdırıcıları lazımi ölçüdə qutu axtarmaq ehtiyacından xilas edəcək. Bundan başqa, yeni qurğu istifadə edilən qablaşdırma materialının həcmini azaltmağa imkan verəcək. Bütün bu deyilənlər istənilən ölçüdə qutu hazırlamağa imkan verən avtomatik funksiya nəticəsində əlçatan olub.
“ICTnews” Elektron Xəbər Xidməti “naked-science.ru” saytına istinadən yazır ki, yeni qurğu istifadəçi tərəfindən daxil edilən məlumatlar əsasında işləyir. Məsələn, qablaşdırılması tələb olunan əşyanın ölçülərini göstərmək lazımdır, bundan sonra mobil proqram lazımi qutunun kompüter modelini özü yaradır.
Model “Slimbox” qurğusuna ötürülür, daha sonra lazer büzmələnmiş kartonun lazımi yerlərində kəsiklər edir. İstifadəçi bu kəsiklərə əsasən kartonu əyərək lazımi qutunu yarada biləcək.
Yaxın aylarda “Slimbox” qurğularının istehsalına başlanılacaq və 2017-ci ilin sentyabrında satışa çıxarılacaq.
Emil Hüseynov
Baxış sayı: 509
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- “Elektron imza” sənəd qəbulunu asanlaşdıracaq
- Google: Microsoft Windows – istifadəçilər üçün işgəncədir
- Qızıl korpuslu İpad
- Hansı soyadı daşıyan telefon abunəçiləri daha çoxdur?
- Apple diskriminasiyaya görə məhkəməyə verilib
- Bakıda nəqliyyatın hərəkəti peyklə idarə olunacaq
- Barak Obamaya məşhur video oyunu hədiyyə edilib
- Hakerlər "Əl-Kaidə"yə pirojna hazırlamağı öyrədir
- Teleaparıcılara Facebook və Twitter-in adını çəkmək qadağan edilib
- “Google Earth” okeanların dibini də göstərəcək
- İşlənmiş batareyaların ətraf mühitə və insan sağlamlığına zərəri
- Mark Sukerberq İT sənayesinin ən varlı insanları siyahısında üçüncüdür
- Cənubi koreyalı yeniyetmələr kompyuter biliyi üzrə liderdirlər
- 2015-ci ilədək elektron pullar nağd pulları əvəz edəcək
- Ən yaxşı mehmanxana saytı