12px13px15px17px
Tarix:16/12/16

Yeni “3D” printer elektron qurğuların prototiplərinin yaradılmasına kömək edəcək

Almaniyanın “Dynamics” şirkəti müxtəlif qurğuların hazırlanması ilə məşğul olanlar üçün yaradılan şırnaqlı “NexD1” “3D” printerini təqdim edib. Printer vasitəsilə üç ox üzrə 10 mikrometr dəqiqliklə müxtəlif ölçü və formalı çap platalarını yaratmaq mümkündür. Həmçinin elastik materiallardan istifadə etməklə əşyalar çap etmək olar. Bu, məsələn, saat üçün kəmər ola bilər. Yeni qurğunun daha bir mühüm xüsusiyyəti bir neçə materialdan istifadə edən çapdır ki, bu da müxtəlif əşyaların artıq yığılmış vəziyyətdə yaradılması prosesini xeyli sürətləndirməyə imkan verir - istifadəçinin detalları ayrı-ayrı çap etməsinə ehtiyac qalmır.

“ICTnews” Elektron Xəbər Xidməti “4PDA” resursuna istinadən yazır ki, “NexD1” yaradıcılarının sözlərinə görə, biz “PolyJet” adlanan ən qabaqcıl sənaye “3D” çap texnologiyasını əsas kimi götürərək sonradan onun qiymətini ucuzlaşdırmaq üçün optimallaşdırıb və yenidən qurmuşuq. “Bizim “DigiJet” adlandırdığımız texnologiya geniş spektr materialları, o cümlədən nanohissəcikli və ya piqmentli xüsusi qatranları dəstəkləyir. “NexD1” tam işçi çap platalarını çap edə bilir. Bu, nanohissəciklərlə doldurulmuş qatranın qalvanizasiyası sayəsində mümkün olub. Bu, həqiqətən “3D” prototipləmədə hüdudsuz potensial açan inqilabi elektronika istehsalı formasıdır”, - mütəxəssislər qeyd ediblər.

“NexD1” kiçik şirkət və startaplar üçün faydalı olacaq. Belə ki, “3D” printerin köməyi ilə onlar qurğuların prototiplərini tez çap edə və onların işləmə qabiliyyətini yoxlaya bilərlər.

“NexD1” printerini “Kickstarter” saytında 2818 avrodan başlayan qiymətə sifariş etmək olar.

Nizam Nuriyev






Baxış sayı: 506

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Noyabr 2024

23 11 2024