Tarix:16/12/16
“ICTnews” Elektron Xəbər Xidməti “Populyarnaya Mexanika” resursuna istinadən yazır ki, nanogenerator (ferroelectret nanogenerator, FENG) adlanan qurğu smartfon və ya planşet ekranını örtən nazik plyonkaya bənzəyir və maye-kristal ekran və ya klaviaturaya toxunduqda enerji hasil edir.
Tədqiqat qrupunun rəhbəri Nelson Sepulveda bildirib ki, biz daşınan qurğuların onları taxan insanların hərəkətindən enerji alacağı dövrə yaxınıq. “Yaxın gələcəkdə mobil telefonları həftə ərzində doldurmaq zərurəti aradan qaldırılacaq, çünki qurğular elektrik enerjisini insan bədəninin hərəkətlərindən alacaq”, - o qeyd edib.
Nanogenerator gümüş və ferro və pyezoelektrik xüsusiyyətlərə malik polimer köpüklər kimi biouyğun material qatlarının yerləşdirildiyi silisium lövhədən ibarətdir. Sistemin bütün qatlarında doldurulmuş hissəciklərin saxlanmasına görə hər qat əlavə metal ionları ilə hopdurulub. Belə sistemdə elektrik enerjisi istənilən mexaniki təsirdə, məsələn, barmağın toxunması zamanı istehsal edilir.
Kompakt ölçülü və qalınlığı kağıza bərabər nanogenerator bir neçə dəfə bükülməklə enerjini avtomatik istehsal etməyə başlayır. Bir neçə qata bükülmüş qurğunu, məsələn, çəkmənin altına yerləşdirərək ondan insan addım atan anda işə düşən generator kimi istifadə etmək olar. Hazırda alimlər ayaqqabıya quraşdırılaraq elektrik enerjisini simsiz daşınan qurğulara ötürəcək qurğu üzərində çalışırlar.
Nizam Nuriyev
Smartfonu ekrana toxunmaqla enerji ilə dolduran plyonka yaradılıb
ABŞ-ın Miçiqan Universitetinin alimləri telefonu ekrana toxunmaqla enerji ilə doldurmağa imkan verən qurğu təqdim ediblər.“ICTnews” Elektron Xəbər Xidməti “Populyarnaya Mexanika” resursuna istinadən yazır ki, nanogenerator (ferroelectret nanogenerator, FENG) adlanan qurğu smartfon və ya planşet ekranını örtən nazik plyonkaya bənzəyir və maye-kristal ekran və ya klaviaturaya toxunduqda enerji hasil edir.
Tədqiqat qrupunun rəhbəri Nelson Sepulveda bildirib ki, biz daşınan qurğuların onları taxan insanların hərəkətindən enerji alacağı dövrə yaxınıq. “Yaxın gələcəkdə mobil telefonları həftə ərzində doldurmaq zərurəti aradan qaldırılacaq, çünki qurğular elektrik enerjisini insan bədəninin hərəkətlərindən alacaq”, - o qeyd edib.
Nanogenerator gümüş və ferro və pyezoelektrik xüsusiyyətlərə malik polimer köpüklər kimi biouyğun material qatlarının yerləşdirildiyi silisium lövhədən ibarətdir. Sistemin bütün qatlarında doldurulmuş hissəciklərin saxlanmasına görə hər qat əlavə metal ionları ilə hopdurulub. Belə sistemdə elektrik enerjisi istənilən mexaniki təsirdə, məsələn, barmağın toxunması zamanı istehsal edilir.
Kompakt ölçülü və qalınlığı kağıza bərabər nanogenerator bir neçə dəfə bükülməklə enerjini avtomatik istehsal etməyə başlayır. Bir neçə qata bükülmüş qurğunu, məsələn, çəkmənin altına yerləşdirərək ondan insan addım atan anda işə düşən generator kimi istifadə etmək olar. Hazırda alimlər ayaqqabıya quraşdırılaraq elektrik enerjisini simsiz daşınan qurğulara ötürəcək qurğu üzərində çalışırlar.
Nizam Nuriyev
Baxış sayı: 833
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet