12px13px15px17px
Tarix:17/12/16

“Microsoft” şirkəti “Flash” texnologiyasından imtina edib

İnternetdə video və reklamın göstərilməsində istifadə edilən “Adobe Flash” texnologiyası tədricən ləğv edilir. Əvvəlcə “Google”, indi isə “Microsoft” şirkəti sözügedən texnologiyadan imtina edib.
 
“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, “Microsoft”un bloqunda deyilir ki, 2017-ci ildə çıxarılacaq “Windows 10 Creator's Update” yenilənməsi zamanı “Edge” brauzerinin versiyası başlanğıc ayar kimi “Flash” texnologiyası əsasında yaradılmış məzmunu bloklayacaq.
 
Veb səhifə “HTML5” texnologiyasını dəstəklədiyi halda “Microsoft Edge” brauzeri “Flash” texnologiyasını yükləməyəcək. Əks təqdirdə brauzer “Flash” texnologiyasından istifadə barədə soruşacaq və “Flash”in daimi və ya birdəfəlik işə salınmasını seçmək mümkün olacaq.
 
2016-cı ilin mayında “Google” şirkəti “Chrome” brauzerində “Flash” məzmunun avtomatik göstərilməsini dayandırıb. Yalnız “YouTube”, “Facebook”, “Twitch” və “Amazon” kimi bir neçə xidmət üçün istisna edilib.
 
Emil Hüseynov




Baxış sayı: 1159

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Noyabr 2024

23 11 2024