12px13px15px17px
Tarix:19/12/16

Avtomobillər üçün holoqram cihaz paneli konsepti təqdim edilib

Almaniyanın “BMW” şirkəti avtomobillər üçün holoqram cihaz paneli konsepti təqdim edib.  

“ICTnews” Elektron Xəbər Xidməti “Naked Science” resursuna istinadən yazır ki, “HoloActive Touch” adlanan texnologiyada holoqramların yaradılması üçün güzgü sistemindən istifadə olunub. Sürücünün kameraların qeydə aldığı jestlər vasitəsilə daxil edilən informasiyanı sazlaya və panelin xarici görünüşünü dəyişə biləcəyi nəzərdə tutulur. Holoqramdan istifadə üçün ona toxunmaq lazımdır və hər toxunuşda səsli siqnal eşitmək mümkün olacaq.  

Məlumata görə, “HoloActive Touch” yeddinci seriya “BMW” avtomobillərində istifadə olunan “Gesture Control” sisteminin və 2015-ci ilin dekabrında nümayiş edilən “AirTouch” konseptinin təkmilləşdirilmiş versiyasıdır. Texnologiyalar cihaz panelində toxunma tələb etməyən sensorun analoqu olan proyeksiyalı ekranın göstərilməsinə əsaslanır. Paneldən sürücü ilə yanaşı, sərnişinlər istifadə edə bilər.

Qeyd edək ki, ötən ilin avqustunda oxşar sistemi Fransanın “Valeo” şirkəti nümayiş etdirib. Şirkətin cihaz paneli avtomobil hərəkətdə olan zaman avtomatik idarəetmə rejimində smartfondan informasiyanı daxil etməyə imkan verən çoxfunksiyalı ekrandan ibarətdir. Eyni zamanda paneldə hərəkət sürəti və qarşıdakı manevrlər barədə məlumatlar göstərilir. Həmçinin informasiyanın bir hissəsinə sükanda baxmaq mümkündür.

Nizam Nuriyev 




Baxış sayı: 493

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Noyabr 2024

23 11 2024