12px13px15px17px
Tarix:20/12/16

Yeni “ağıllı” sistem sürücülərin diqqət yetirmədiyi yol nişanlarını müəyyənləşdirəcək

Almaniyanın “Volkswagen” şirkəti avtomobillər üçün sürücünün gözündən yayınan yol nişanlarına diqqət yetirəcək yeni “ağıllı” sistem təqdim edib.

“ICTnews” Elektron Xəbər Xidməti “Naked Science” resursuna istinadən yazır ki, çətin görünmə şəraitində və ya intensiv hərəkət zamanı yol nişanlarını izləmək problemlər yaradır. Məhz buna görə “Volkswagen” şirkətinin mühəndis və proqramçıları sürücülərin nəzərdən qaçırdığı bütün yol nişanlarını göstərəcək “Dynamic Road Sign Display” sistemini hazırlayıblar.

Məlumata görə, sistem sürücüləri diqqətsizlikdən qorumaq məqsədilə ərsəyə gətirilib. Bunun üçün şirkətin texnologiyası avtomobilin əsas panelində müvafiq xəbərdarlıqlar göstərəcək. Yol nişanlarının aşkarlanması üçün sistem irəliyə yönəldilmiş kameradan istifadə edir və mütəxəssislərin sözlərinə görə, istənilən şəraitdə vəzifəsinin öhdəsindən layiqincə gəlir.

Qeyd etmək lazımdır ki, sistem digər naviqasiya texnologiyaları ilə naviqasiya xəritələrinə görə yol nişanlarının həqiqiliyini müəyyənləşdirməyə imkan verən mürəkkəb rabitədən istifadə edəcək və bunun sayəsində yalan məlumat ehtimalı aradan qalxacaq.

Şirkət nümayəndələrinin sözlərinə görə, “Dynamic Road Sign Display” orta hərəkət sıxlıqlı və pis hava şəraitli şəhərlərin daxilində xüsusilə faydalı olacaq. Sistem sürücünü vaxtında xəbərdar etməyə kömək edərək ona digər hərəkət iştirakçıları üçün təhlükə mənbəyi olmağa imkan verməyəcək.

Yeni sistem kamera və digər zəruri aparat vasitələri ilə təchiz ediləcək bir sıra gələcək “Volkswagen” avtomobil modellərində quraşdırılacaq.

Nizam Nuriyev
 






Baxış sayı: 547

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024