12px13px15px17px
Tarix:21/12/16

“Facebook” şirkəti qrup videozəngləri və rəngli postlar funksiyalarını təqdim edib

Ötən ilin aprelində “Facebook Messenger”in istifadəçiləri üçün videozəng funksiyası əlçatan olub, bir il sonra isə qrup zəngləri funksiyası istifadəyə verilib.

“ICTnews” Elektron Xəbər Xidməti “hitech.newsru.ru” saytına istinadən yazır ki, indi isə “Messenger”in istifadəçiləri qrup videozənglərinin köməyilə bir-biri ilə ünsiyyət saxlaya bilərlər.

“Facebook” şirkətinin bloqunda dərc edilmiş məlumata əsasən, qrup videozəngləri artıq “Messenger”in masaüstü versiyasında, həmçinin mobil tətbiqin “iOS” və “Android” üçün son versiyasında əlçatandır. Zəng etmək üçün qrup çatına daxil olmaq və yuxarı sağ küncdəki videoçat ikonkasına  sıxmaq lazımdır. Bundan sonra qrupun bütün iştirakçıları bildiriş alaraq videozəngə qoşula biləcəklər.

Ümumilikdə videoçatda 50-dək həmsöhbət iştirak edə bilər, amma ekranda eyni anda ən çoxu 6 iştirakçı görsənir, digərləri isə yalnız söhbətin təşəbbüskarını görürlər.

Bundan başqa, “Facebook” şirkəti istifadəçilərə daha bir yenilik hazırlayıb. İndi rəngli postlar dərc etmək mümkündür. Bunun üçün, sadəcə, mətnin daxil edilməsi sahəsindən aşağı hissədə yerləşən rəngli dairələrdən birinə sıxmaq lazımdır.













































Hələ ki bu funksiyanı yalnız messencerin “Android” versiyası üçün tətbiq etmək mümkündür, amma çox tezliklə belə imkan “iOS” və onlayn versiyada əlçatan olacaq. Sözügedən funksiya hələ ki bütün platformalar üçün istifadəyə verilməsə də,  bütün “Facebook” istifadəçiləri rəngli postları görə biləcək.

Emil Hüseynov




Baxış sayı: 506

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Noyabr 2024

23 11 2024