12px13px15px17px
Tarix:21/12/16

Planetin asteroidlərdən qorunması üçün 5,6 milyard dollar tələb olunur

Mütəxəssislər nüvə partlayışları vasitəsilə Yer kürəsinin asteroidlərdən mühafizə sisteminin yaradılması üçün vəsaiti açıqlayıblar. Sistem Rusiya Planetar Mühafizə Mərkəzi tərəfindən yaradılıb.

“ICTnews” Elektron Xəbər Xidməti “TASS” resursuna istinadən yazır ki, hava-kosmik sahəsi məsələləri üzrə Ekspert Şurasının II elmi-texniki konfransı zamanı mərkəz direktoru Anatoli Zaytsev nüvə partlayışlarından istifadəni nəzərdə tutan yeni Yer kürəsi mühafizə sistemini təqdim edib.

Təqdimatda qeyd olunub ki, 5-7 il ərzində hazırlanacaq sistemə kəşfiyyat peykləri, kosmik rəsədxanalar, ələ keçirmə aparatları, eləcə də yerüstü idarəetmə və kəşfiyyat seqmenti daxildir.

Məlumata görə, missiyanın birinci mərhələsi dörd aparatın - iki kəşfiyyat və iki asteroid ələ keçirmə aparatının buraxılmasını nəzərdə tutur. Layihənin həyata keçirilməsi üçün 1,3 milyard dollar tələb olunur. Yerüstü infrastrukturun yaradılması daha 1 milyard dollar qiymətləndirilir.

Bildirilir ki, təhlükəli asteroid aşkarlanan zaman ona səma cisminin trayektoriyası, ölçüsü, çəkisi və digər xüsusiyyətlərini dəqiqləşdirəcək kəşfiyyat peykinin göndərilməsi planlaşdırılır. Kəşfiyyat peykinin ardınca səma cisminə vəzifəsi asteroid yaxınlığında nüvə yükünün partladılmasından ibarət olan digər kosmik aparat göndəriləcək. Nəticədə obyekt ya dağılacaq, ya da Yer kürəsinə uçuş trayektoriyasından uzaqlaşacaq.

Təqdimata görə, iki rəsədxana peykinin və dörd kəşfiyyat aparatının buraxılması təklif olunan kosmik müşahidə seqmentinin inkişafı çərçivəsində daha 1,4 milyard dollar lazım olacaq. Paralel olaraq ələ keçirmə peyklərinin sayının daha 3 aparat artırılması təklif edilir ki, bu da 1,8 milyard dollar qiymətləndirilir.

Nizam Nuriyev 




Baxış sayı: 514

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Noyabr 2024

23 11 2024