Tarix:23/12/16
“ICTnews” Elektron Xəbər Xidməti “Naked Science” resursuna istinadən yazır ki, daxili divarlar monoton və vaxt ötdükcə cansıxıcı ola bilər, lakin Avstraliyanın “ENESS” şirkəti istənilən mənzilin xarici görünüşünü dəyişmək üçün yeni işıq diodu panelləri hazırlayıb. Panellər otaqda hərəkətdən işə düşməyənədək onlarla örtülən divar standart görünsə də, qoşulma zamanı işıq diodları massivi bütün təsvirləri və animasiyaları göstərməyə başlayır.
Məlumata görə, ilk “ENESS” divarı iki həftə əvvəl ölkənin Melburn şəhər xəstəxanasının pediatriya şöbəsində quraşdırılıb. “ENESS” hərəkətlərə reaksiya verə bilən “ağıllı” divar idarəetmə sistemini yaratmaq məqsədilə “DesignInc” arxitektura şirkəti ilə əməkdaşlıq edib.
Panellər insan onların yanından keçərkən işləməyə başlayır və divara baxan şəxsin hərəkətinə uyğunlaşdırılan animasiya işə düşür. Bundan başqa, sistem insanın divara yaxınlaşmasını və ya əksinə, uzaqlaşmasını hiss edə bilir ki, bu da ona miqyası adaptasiya etməyə imkan verir.
Sistemin uşaq xəstəxanaları üçün faydalı olmasına baxmayaraq mütəxəssislər bununla kifayətlənmək niyyətində deyillər. Onlar panellərdən hotel, mağaza və digər yerlərdə istifadə etməyi düşünürlər.
Gələcəkdə şirkət sistemin səs, toxunuş və bədən istiliyinə reaksiyasını əlavə etməyi planlaşdırır. Bundan əlavə, istifadəçilərin interaktiv ekranda görmək istədikləri bütün animasiya və təsvirlərin dəstəklənməsinin əlavə olunması nəzərdə tutulur.
Hazırda panellərin arxitektor və dizaynerlərə satılmasına başlanılıb.
Nizam Nuriyev
Hərəkətə həssas divar interyeri canlandırmağa kömək edəcək
Avstraliyada divarlar üçün istənilən interyeri canlandıra bilən “ağıllı” işıq diodu panelləri təqdim olunub.“ICTnews” Elektron Xəbər Xidməti “Naked Science” resursuna istinadən yazır ki, daxili divarlar monoton və vaxt ötdükcə cansıxıcı ola bilər, lakin Avstraliyanın “ENESS” şirkəti istənilən mənzilin xarici görünüşünü dəyişmək üçün yeni işıq diodu panelləri hazırlayıb. Panellər otaqda hərəkətdən işə düşməyənədək onlarla örtülən divar standart görünsə də, qoşulma zamanı işıq diodları massivi bütün təsvirləri və animasiyaları göstərməyə başlayır.
Məlumata görə, ilk “ENESS” divarı iki həftə əvvəl ölkənin Melburn şəhər xəstəxanasının pediatriya şöbəsində quraşdırılıb. “ENESS” hərəkətlərə reaksiya verə bilən “ağıllı” divar idarəetmə sistemini yaratmaq məqsədilə “DesignInc” arxitektura şirkəti ilə əməkdaşlıq edib.
Panellər insan onların yanından keçərkən işləməyə başlayır və divara baxan şəxsin hərəkətinə uyğunlaşdırılan animasiya işə düşür. Bundan başqa, sistem insanın divara yaxınlaşmasını və ya əksinə, uzaqlaşmasını hiss edə bilir ki, bu da ona miqyası adaptasiya etməyə imkan verir.
Sistemin uşaq xəstəxanaları üçün faydalı olmasına baxmayaraq mütəxəssislər bununla kifayətlənmək niyyətində deyillər. Onlar panellərdən hotel, mağaza və digər yerlərdə istifadə etməyi düşünürlər.
Gələcəkdə şirkət sistemin səs, toxunuş və bədən istiliyinə reaksiyasını əlavə etməyi planlaşdırır. Bundan əlavə, istifadəçilərin interaktiv ekranda görmək istədikləri bütün animasiya və təsvirlərin dəstəklənməsinin əlavə olunması nəzərdə tutulur.
Hazırda panellərin arxitektor və dizaynerlərə satılmasına başlanılıb.
Nizam Nuriyev
Baxış sayı: 800
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- “Elektron imza” sənəd qəbulunu asanlaşdıracaq
- Google: Microsoft Windows – istifadəçilər üçün işgəncədir
- Qızıl korpuslu İpad
- Hansı soyadı daşıyan telefon abunəçiləri daha çoxdur?
- Apple diskriminasiyaya görə məhkəməyə verilib
- Bakıda nəqliyyatın hərəkəti peyklə idarə olunacaq
- Barak Obamaya məşhur video oyunu hədiyyə edilib
- Hakerlər "Əl-Kaidə"yə pirojna hazırlamağı öyrədir
- Teleaparıcılara Facebook və Twitter-in adını çəkmək qadağan edilib
- “Google Earth” okeanların dibini də göstərəcək
- İşlənmiş batareyaların ətraf mühitə və insan sağlamlığına zərəri
- Mark Sukerberq İT sənayesinin ən varlı insanları siyahısında üçüncüdür
- Cənubi koreyalı yeniyetmələr kompyuter biliyi üzrə liderdirlər
- 2015-ci ilədək elektron pullar nağd pulları əvəz edəcək
- Ən yaxşı mehmanxana saytı