12px13px15px17px
Tarix:23/12/16

Günəş batareyaları ilə örtülən yol istifadəyə verilib

Fransanın Turuvr şəhərində günəş batareyaları ilə örtülən dünyanın ilk avtomobil yolu hissəsinin açılışı olub. 

“ICTnews” Elektron Xəbər Xidməti “Rambler” resursuna istinadən yazır ki, açılış mərasimində ölkənin ekologiya, davamlı inkişaf və energetika naziri Seqolen Royal bildirib ki, avtomobil yollarının səthindən günəş işığının enerjisini elektrikə çevirən pannonun yerləşdirilməsi üçün istifadə edilməsi kənd təsərrüfatının aparılması üçün yararlı olan torpaqlara qənaət etməyə imkan verir.  

Dövlətdən 5 milyon avro məbləğində maliyyə dəstəyi alan layihənin 5 min sakinin məskunlaşdığı şəhərin işıqlandırılması üçün kifayət edəcək elektrik enerjisini hasil etməyə və toplamağa imkan verəcəyi bildirilir.
Nazirin sözlərinə görə, 2017-ci ildə təsdiq ediləcək Fransada “günəş yolları”nın inkişaf planı beşillik müddətə belə örtüyə malik min km yolun çəkilməsini nəzərdə tutur.

Qeyd edək ki, bir müddət əvvəl “Tesla” şirkəti Sakit okeanda yerləşən Tau adasını dizel generatorlarından günəş batareyalarına keçirib.

Nizam Nuriyev




Baxış sayı: 796

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024