12px13px15px17px
Tarix:24/12/16

2019-cu ilə Yaponiyada dronlar şəhəri inşa ediləcək

Tiba şəhəri Tokiodan 40 km məsafədə yerləşir. İndi adı çəkilən şəhərdə aktiv tikinti işləri aparılır. Bir neçə il sonra 10 mindən çox nəfər yeni mənzillərlə təmin ediləcək – onlar üçün dron göyərtəsinə malik yeni göydələnlər inşa olunur. Evlər, həmçinin zəruri avadanlıq və hava nəqliyyatının incəliklərinə yiyələnmiş personalla təchiz ediləcək. Uçuş aparatları ilə lazımi səviyyədə davranmaq qabiliyyətinə malik operatorlar hazırlamaq üçün yerli ali məktəblərdə yeni ixtisas açıblar.

“ICTnews” Elektron Xəbər Xidməti hi-news.ru saytına istinadən yazır ki, Tiba şəhərinin meri deyib ki, məhsulların dronların köməyi ilə çatdırılması yaşlı sakinlərin işini asanlaşdıracaq. Onların bir çoxu üçün alış-verişə getmək çətindir, amma yüngül və sürətli dron lazımi məhsul, dərman və zəruri əşyaları birbaşa təqaüdçünün evinə çatdıracaq.

İlk mərhələdə təxminən 200 dron işləyəcək. Pilotsuz aparatlar şəhərin üzərində uçaraq bağlamaları və alış-verişi insanlara çatdıracaq. Şəhər administrasiyasının məlumatına görə, pilotsuz uçan aparatlardan istifadə nəqliyyat sisteminin işini təxminən 40% yüngülləşdirəcək. Bundan başqa, Tiba şəhərinin meri turistləri yeni rayona cəlb etməyə ümid edir.

Emil Hüseynov




Baxış sayı: 1227

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024