Tarix:26/12/16
“ICTnews” Elektron Xəbər Xidməti “DNI24” resursuna istinadən yazır ki, şəhər polisi kompüter təlimi funksiyasına malik süni intellekt sistemindən cinayətlərin proqnozlaşdırılması və elit məhəllələr daxil olmaqla daha təhlükəli ərazilərin aşkarlanması üçün tətbiqini planlaşdırır.
“Space Imaging Middle East’s” (SIME) adlanan yeni proqram təminatının iş prinsipi hazırda praktikada tətbiq edilən sistemlərin analoqudur. Kompleks əvvəllər törədilən bütün cinayətlər, o cümlədən onların təkrar törədilməsi və şübhəlilər haqqında əldə olunan informasiyanı toplayaraq təhlil edir. Polis “SIME” proqram təminatının tövsiyələrinə əsaslanaraq cinayət hadisələrinin daha çox baş verə biləcəyi yerlərdə bölmələrin maksimal sayını təmin edə və ya başqa sözlə desək, diqqəti daha təhlükəli ərazilərə yönəldə biləcək.
“SIME” şirkətinin coğrafi informasiya sistemləri şöbəsinin müdiri Dardcilinq Kar proqram kompleksini şərh edərək diqqəti onun cinayətkarların davranışında incə nüansları aşkarlayan unikal alqoritmə malik olmasına yönəldib və bunun təcrübəli polislərin instinkt və bilikləri ilə birlikdə cinayətlərin qarşısının alınmasında qorxulu güc yaradacağını bildirib.
Qeyd edək ki, ABŞ-da oxşar sistemlərdən “Predpol”, “HunchLab” və s. analoji komplekslərin çoxillik mənfi istismarı təcrübəsi ilə əlaqədar istifadə olunmur.
Nizam Nuriyev
Dubay polisi süni intellekt xidmətlərindən istifadə edəcək
Dubay polisi mümkün cinayətlərin qarşısını almaq üçün süni intellekt xidmətlərindən istifadə etmək niyyətindədir.“ICTnews” Elektron Xəbər Xidməti “DNI24” resursuna istinadən yazır ki, şəhər polisi kompüter təlimi funksiyasına malik süni intellekt sistemindən cinayətlərin proqnozlaşdırılması və elit məhəllələr daxil olmaqla daha təhlükəli ərazilərin aşkarlanması üçün tətbiqini planlaşdırır.
“Space Imaging Middle East’s” (SIME) adlanan yeni proqram təminatının iş prinsipi hazırda praktikada tətbiq edilən sistemlərin analoqudur. Kompleks əvvəllər törədilən bütün cinayətlər, o cümlədən onların təkrar törədilməsi və şübhəlilər haqqında əldə olunan informasiyanı toplayaraq təhlil edir. Polis “SIME” proqram təminatının tövsiyələrinə əsaslanaraq cinayət hadisələrinin daha çox baş verə biləcəyi yerlərdə bölmələrin maksimal sayını təmin edə və ya başqa sözlə desək, diqqəti daha təhlükəli ərazilərə yönəldə biləcək.
“SIME” şirkətinin coğrafi informasiya sistemləri şöbəsinin müdiri Dardcilinq Kar proqram kompleksini şərh edərək diqqəti onun cinayətkarların davranışında incə nüansları aşkarlayan unikal alqoritmə malik olmasına yönəldib və bunun təcrübəli polislərin instinkt və bilikləri ilə birlikdə cinayətlərin qarşısının alınmasında qorxulu güc yaradacağını bildirib.
Qeyd edək ki, ABŞ-da oxşar sistemlərdən “Predpol”, “HunchLab” və s. analoji komplekslərin çoxillik mənfi istismarı təcrübəsi ilə əlaqədar istifadə olunmur.
Nizam Nuriyev
Baxış sayı: 877
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet