Tarix:29/12/16
“ICTnews” Elektron Xəbər Xidməti “Naked Science” resursuna istinadən yazır ki, 2014-cü ilin sentyabrından sonra buraxılan bütün “Tesla” elektromobilləri ön radar, 12 ön ultrasəsli məsafə ötürücüsü kamerası və GPS modulla təchiz edilib. İki il ərzində ötürücülər dəsti dəyişməz qalsa da, bu ilin yayında “Tesla Model S” avtopilot rejimində ilk dəfə ölümlə nəticələnən qəzaya uğrayandan sonra şirkət sistemi təkmilləşdirmək qərarına gəlib.
Dərc edilən video yeni avtopilot versiyasının işini nümayiş etdirir. Elektromobildən çəkilən videoçarxda əvvəlcə xəbərdaredici siqnalın işə düşməsi, sonradan irəlidə gedən avtomobilin qəfildən əyləcə basan qara rəngli yolsuzluq avtomobilindən yayınmağa çalışması eşidilir. Birinci maşının sürücüsü manevri tamamlamağa macal tapmayaraq qara rəngli avtomobillə toqquşur.
Çəkilişin aparıldığı elektromobil vaxtında əyləcə basıb. Maraqlıdır ki, avtopilotun səsli siqnalı toqquşma baş verməzdən əvvəl işə düşüb ki, bu da yenilənmiş iş sisteminin əyani nümayişidir. Kamera və radarların sayının artırılması sayəsində “Tesla” avtopilotu bundan sonra qarşıda gedən bir avtomobili yox, ikisini izləyəcək.
Nizam Nuriyev
“Tesla” elektromobili digər avtomobillərin qəzasını əvvəlcədən müəyyənləşdirib
“Tesla Model X” elektromobili avtopilot rejimində qarşıda gedən avtomobilin törətdiyi qəza vəziyyətini uğurla əvvəlcədən müəyyənləşdirib.“ICTnews” Elektron Xəbər Xidməti “Naked Science” resursuna istinadən yazır ki, 2014-cü ilin sentyabrından sonra buraxılan bütün “Tesla” elektromobilləri ön radar, 12 ön ultrasəsli məsafə ötürücüsü kamerası və GPS modulla təchiz edilib. İki il ərzində ötürücülər dəsti dəyişməz qalsa da, bu ilin yayında “Tesla Model S” avtopilot rejimində ilk dəfə ölümlə nəticələnən qəzaya uğrayandan sonra şirkət sistemi təkmilləşdirmək qərarına gəlib.
Dərc edilən video yeni avtopilot versiyasının işini nümayiş etdirir. Elektromobildən çəkilən videoçarxda əvvəlcə xəbərdaredici siqnalın işə düşməsi, sonradan irəlidə gedən avtomobilin qəfildən əyləcə basan qara rəngli yolsuzluq avtomobilindən yayınmağa çalışması eşidilir. Birinci maşının sürücüsü manevri tamamlamağa macal tapmayaraq qara rəngli avtomobillə toqquşur.
Çəkilişin aparıldığı elektromobil vaxtında əyləcə basıb. Maraqlıdır ki, avtopilotun səsli siqnalı toqquşma baş verməzdən əvvəl işə düşüb ki, bu da yenilənmiş iş sisteminin əyani nümayişidir. Kamera və radarların sayının artırılması sayəsində “Tesla” avtopilotu bundan sonra qarşıda gedən bir avtomobili yox, ikisini izləyəcək.
Nizam Nuriyev
Baxış sayı: 557
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- “Elektron imza” sənəd qəbulunu asanlaşdıracaq
- Google: Microsoft Windows – istifadəçilər üçün işgəncədir
- Qızıl korpuslu İpad
- Hansı soyadı daşıyan telefon abunəçiləri daha çoxdur?
- Apple diskriminasiyaya görə məhkəməyə verilib
- Bakıda nəqliyyatın hərəkəti peyklə idarə olunacaq
- Barak Obamaya məşhur video oyunu hədiyyə edilib
- Hakerlər "Əl-Kaidə"yə pirojna hazırlamağı öyrədir
- Teleaparıcılara Facebook və Twitter-in adını çəkmək qadağan edilib
- “Google Earth” okeanların dibini də göstərəcək
- İşlənmiş batareyaların ətraf mühitə və insan sağlamlığına zərəri
- Mark Sukerberq İT sənayesinin ən varlı insanları siyahısında üçüncüdür
- Cənubi koreyalı yeniyetmələr kompyuter biliyi üzrə liderdirlər
- 2015-ci ilədək elektron pullar nağd pulları əvəz edəcək
- Ən yaxşı mehmanxana saytı