Tarix:29/12/16
"ICTnews" Elektron Xəbər Xidməti "Naked Science" resursuna istinadən yazır ki, "Gecho" adlanan qurğu 86х54 mm ölçüsündə kiçik çap platası üzərində polifonik sintezatordur. 32 bit tutumlu ARM prosessor əsasında qurulan qurğu sisteminə yaxınlaşan barmaqları müəyyənləşdirə bilən 4 kontaktsız ötürücü, eləcə də düymələr dəsti daxildir. Bundan başqa, qurğu barmaqla stolu taqqıldatmaq və ya istifadəçinin fit çalması kimi əksər yaxın səsləri emal etməyə imkan verən 2 həssas mikrofonla təchiz edilib. Həmçinin "Gecho" maqnit sahəsi və infraqırmızı ötürücülərə malikdir.
Bildirilir ki, iş zamanı sintezator bütün ötürücü və mikrofonlardan informasiya alaraq sonradan onu akkordları ardıcıllıqla formalaşdırmaq üçün bir sıra filtrlərdən keçirir, eyni zamanda kənar səslər emal edilərək nəticədə əlavə səslərə çevrilir. Yaranan musiqini qulaqcıqlar üçün 3,5 mm-lik çıxış vasitəsilə dinləmək mümkündür. Plata ötürücüləri aktivlik səviyyəsini göstərən və ya yaranan melodiya ilə ahəng yaradan 29 işıq diodu üçün əsas rolunu oynayır.
Qurğunun bu versiyasında rahatlıq yaradan səslərin bir neçə üsulu mövcuddur: "Gecho" qurğusunun üst tərəfində yerləşən düymələr tərpənərək müxtəlif səslər çıxarır, maqnit halqa notları daxil edir, mikrofonlar kənar səsləri toplayır, giriş xətti isə istənilən elektron musiqi alətini qoşmağa imkan verir.
Hazırda mütəxəssislər "Kickstarter" vəsait toplanışı saytında maliyyələşdirmə axtarmaqla məşğuldurlar. Burada sintezator üçün 128 avroya ilkin sifarişlərin qəbulu aparılır.
Nizam Nuriyev
Kiçik qurğu ətraf səsdən gözəl musiqi yaradır
Mütəxəssislər əşyalarla təmasda musiqi yarada bilən qeyri-adi qurğu təqdim ediblər."ICTnews" Elektron Xəbər Xidməti "Naked Science" resursuna istinadən yazır ki, "Gecho" adlanan qurğu 86х54 mm ölçüsündə kiçik çap platası üzərində polifonik sintezatordur. 32 bit tutumlu ARM prosessor əsasında qurulan qurğu sisteminə yaxınlaşan barmaqları müəyyənləşdirə bilən 4 kontaktsız ötürücü, eləcə də düymələr dəsti daxildir. Bundan başqa, qurğu barmaqla stolu taqqıldatmaq və ya istifadəçinin fit çalması kimi əksər yaxın səsləri emal etməyə imkan verən 2 həssas mikrofonla təchiz edilib. Həmçinin "Gecho" maqnit sahəsi və infraqırmızı ötürücülərə malikdir.
Bildirilir ki, iş zamanı sintezator bütün ötürücü və mikrofonlardan informasiya alaraq sonradan onu akkordları ardıcıllıqla formalaşdırmaq üçün bir sıra filtrlərdən keçirir, eyni zamanda kənar səslər emal edilərək nəticədə əlavə səslərə çevrilir. Yaranan musiqini qulaqcıqlar üçün 3,5 mm-lik çıxış vasitəsilə dinləmək mümkündür. Plata ötürücüləri aktivlik səviyyəsini göstərən və ya yaranan melodiya ilə ahəng yaradan 29 işıq diodu üçün əsas rolunu oynayır.
Qurğunun bu versiyasında rahatlıq yaradan səslərin bir neçə üsulu mövcuddur: "Gecho" qurğusunun üst tərəfində yerləşən düymələr tərpənərək müxtəlif səslər çıxarır, maqnit halqa notları daxil edir, mikrofonlar kənar səsləri toplayır, giriş xətti isə istənilən elektron musiqi alətini qoşmağa imkan verir.
Hazırda mütəxəssislər "Kickstarter" vəsait toplanışı saytında maliyyələşdirmə axtarmaqla məşğuldurlar. Burada sintezator üçün 128 avroya ilkin sifarişlərin qəbulu aparılır.
Nizam Nuriyev
Baxış sayı: 532
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- “Elektron imza” sənəd qəbulunu asanlaşdıracaq
- Google: Microsoft Windows – istifadəçilər üçün işgəncədir
- Qızıl korpuslu İpad
- Hansı soyadı daşıyan telefon abunəçiləri daha çoxdur?
- Apple diskriminasiyaya görə məhkəməyə verilib
- Bakıda nəqliyyatın hərəkəti peyklə idarə olunacaq
- Barak Obamaya məşhur video oyunu hədiyyə edilib
- Hakerlər "Əl-Kaidə"yə pirojna hazırlamağı öyrədir
- Teleaparıcılara Facebook və Twitter-in adını çəkmək qadağan edilib
- “Google Earth” okeanların dibini də göstərəcək
- İşlənmiş batareyaların ətraf mühitə və insan sağlamlığına zərəri
- Mark Sukerberq İT sənayesinin ən varlı insanları siyahısında üçüncüdür
- Cənubi koreyalı yeniyetmələr kompyuter biliyi üzrə liderdirlər
- 2015-ci ilədək elektron pullar nağd pulları əvəz edəcək
- Ən yaxşı mehmanxana saytı