Tarix:30/12/16
"ICTnews" Elektron Xəbər Xidməti "Naked Science" resursuna istinadən yazır ki, patent mətninə görə, şirkət dronların da saxlanılacağı hava anbarlarının yaradılması sayəsində pilotsuz uçan aparatlarla çatdırılma vaxtını optimallaşdırmağı planlaşdırır. Anbarlar üçün baza rolunda stasionar yerləşdirilən dirijabllar çıxış edəcək ki, orada da bu və ya digər mallara tələbatın artacağı proqnozlaşdırılır.
Məlumata görə, hava anbarlarında, məsələn, yaxın yaşayış məntəqələrinə operativ çatdırılma üçün tez xarab olan məhsulları və ya gündəlik tələbat mallarını saxlamaq mümkün olacaq. Dirijablları 13 700 metr hündürlükdə yerləşdirərək bir-birinə bağlamaq təklif olunur. Yerüstü anbarlar üçün nəzərdə tutulan dirijablların ölçüsünün kiçik olacağı bildirilir.
Qeyd olunur ki, "Amazon" yüklərin pilotsuz uçan aparatlar vasitəsilə çatdırılması sisteminin hazırlanması ilə 2013-cü ildən məşğuldur. Dronların 2,3 kiloqramadək bağlamaları sifarişdən 30 dəqiqə sonra lazımi yerə çatdıracaqları nəzərdə tutulub. Şirkət bu ilin yayında Böyük Britaniyada ilk logistika mərkəzi inşa edərək dekabrın 7-də ilk belə çatdırmanı həyata keçirib.
Nizam Nuriyev
Dirijabllar hava anbarlarına çevriləcək
ABŞ-ın "Amazon" şirkəti yüklərin pilotsuz uçan aparatlar vasitəsilə çatdırılması məqsədilə hava anbarları üçün patent hüququ alıb. Bu barədə "CB Insight" tədqiqat şirkətinin mütəxəssisi "Twitter" səhifəsində məlumat verib."ICTnews" Elektron Xəbər Xidməti "Naked Science" resursuna istinadən yazır ki, patent mətninə görə, şirkət dronların da saxlanılacağı hava anbarlarının yaradılması sayəsində pilotsuz uçan aparatlarla çatdırılma vaxtını optimallaşdırmağı planlaşdırır. Anbarlar üçün baza rolunda stasionar yerləşdirilən dirijabllar çıxış edəcək ki, orada da bu və ya digər mallara tələbatın artacağı proqnozlaşdırılır.
Məlumata görə, hava anbarlarında, məsələn, yaxın yaşayış məntəqələrinə operativ çatdırılma üçün tez xarab olan məhsulları və ya gündəlik tələbat mallarını saxlamaq mümkün olacaq. Dirijablları 13 700 metr hündürlükdə yerləşdirərək bir-birinə bağlamaq təklif olunur. Yerüstü anbarlar üçün nəzərdə tutulan dirijablların ölçüsünün kiçik olacağı bildirilir.
Qeyd olunur ki, "Amazon" yüklərin pilotsuz uçan aparatlar vasitəsilə çatdırılması sisteminin hazırlanması ilə 2013-cü ildən məşğuldur. Dronların 2,3 kiloqramadək bağlamaları sifarişdən 30 dəqiqə sonra lazımi yerə çatdıracaqları nəzərdə tutulub. Şirkət bu ilin yayında Böyük Britaniyada ilk logistika mərkəzi inşa edərək dekabrın 7-də ilk belə çatdırmanı həyata keçirib.
Nizam Nuriyev
Baxış sayı: 622
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet