12px13px15px17px
Tarix:30/12/16

Növbəti ilin ən çox gözlənilən qurğuları bəlli olub

Yüksək texnologiyalar sahəsinin tanınmış ekspertləri 2017-ci ildə dünya bazarına bir sıra innovativ qurğuların çıxarılacağını düşünürlər. Onlardan ən çox gözlənilənlərə “ağıllı” kontaktlı linzalar, qulaqcıq tərcüməçi, universal simsiz enerji doldurma qurğusu və şəffaf displeyli smartfon daxildir.

“ICTnews” Elektron Xəbər Xidməti “Planet Today” resursuna istinadən yazır ki, intellektual eynək yenilik deyil. Məsələn, “Google” şirkəti 2014-cü ildən belə qurğunun prototiplərini nümayiş etdirir. İndi isə “Google Glass” layihəsinin rəqibləri olacaq ki, onlardan da biri patent hüququ almaq üçün müraciət edərək “ağıllı” linzalar - fotoaparat, skaner, fitnes bilərzik, eynək və saatları əvəz edəcək qurğunun hazırlanması ilə məşğul olan Cənubi Koreyanın texnoloji nəhəngi “Samsung” şirkətidir. Ümumiyyətlə, belə linzalar potensial baxımdan əvəzedilməz qurğuya çevrilə bilər.

“Waverly Labs” şirkətinin mühəndisləri tərəfindən yaradılan qulaqcıq tərcüməçilər insanlar arasında dil maneələrini aradan qaldıracaq. “Pilot” adlanan qurğu real vaxt rejimində sinxron tərcüməni həyata keçirəcək.

Müxtəlif qurğular üçün simsiz enerji doldurma qurğusunun yaradılması ilə “Apple” şirkəti məşğuldur. Qurğunun stol şəkilində olacağı gözlənilir.

Şəffaf ekranlı smartfonlar hazırlayan “Vivo” şirkətinin mütəxəssislərinin qənaətinə görə, belə qurğular əlavə reallıq texnologiyalarında əsl inqilab olacaq.

Nizam Nuriyev 




Baxış sayı: 520

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024