12px13px15px17px
Tarix:30/12/16

Dünyada ilk dəfə əhval-ruhiyyəni oxuyan eynək təqdim ediləcək

İtaliyanın “Safilo” şirkəti əhval-ruhiyyəni oxumaq qabiliyyətinə malik eynək buraxılışını planlaşdırır. Həm sadə, həm də tünd şüşə ilə təchiz edilmiş versiyalar nəzərdə tutulub. Yeni cihaz 2017-ci ilin yanvarında Las-Veqasda keçiriləcək “Consumer Electronics Show” sərgisində nümayiş etdiriləcək.

“ICTnews” Elektron Xəbər Xidməti “hi-news.ru” saytına istinadən yazır ki, yeni "ağıllı" eynək görünüşcə adi eynək kimi görsənir. Xüsusi kamera və ekranlara malik olmayan eynəyin çərçivəsində gizlədilmiş 5 datçik insan beyninin dalğalarının siqnallarını qeydə almaq qabiliyyətinə malikdir. Toplanılmış məlumatlar smartfonda xüsusi tətbiqə göndərilir, bundan sonra həmin məlumatlar təhlil edilərək eynək sahibinin əhval-ruhiyyəsi təyin edilir. Aksessuarın çəkisi 36 qramdır və akkumulyatorun şarjı qurğunun 1 həftə avtonom işləməsinə kifayətdir. Eynək “Bluetooth” vasitəsi ilə smartfona qoşulur.

Emil Hüseynov




Baxış sayı: 2679

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024