Tarix:30/12/16
“ICTnews” Elektron Xəbər Xidməti “HiTech-News” resursuna istinadən yazır ki, kosmik sahədə yaddaqalan hadisə kimi “Cassini” aparatının Saturn planeti halqalarında son 12 ildə davam edən missiyasının başa çatmasını qeyd etmək olar. Alimlər kosmik aparatın toplaya bildiyi informasiyanı, məsələn, səma cisminin halqaları keçilən zaman çəkilən fotoşəkilləri intizarla gözləyirlər. Qeyd etmək lazımdır ki, “Cassini” planet səthinə indiyədək heç bir zondun yaxınlaşa bilmədiyi maksimal məsafəyə yaxınlaşacaq.
Məlumata görə, növbəti ildə, həmçinin Beynəlxalq Kosmik Stansiya ekipajının iştirakı ilə beş ekspedisiya nəzərdə tutulur. Ekspedisiyalar zamanı dörd kosmik agentliyin tərkibinə daxil olan 16 astronavt çalışacaq. Onlardan altı nəfər Rusiyanın “Roscosmos” Dövlət Korporasiyasını, altı astronavt ABŞ Kosmik Agentliyini (NASA), iki ekipaj üzvü Avropa Kosmik Agentliyini və bir nəfər Yaponiya Aerokosmik Tədqiqatlar Agentliyini (JAXA) təmsil edəcək. “SpaceX” şirkətinin aparatı ilə yüklərin göndərilməsi hələ ki dəqiq məlum olmasa da, stansiyaya uçuş qrafikinin tezliklə təsdiqlənəcəyi gözlənilir.
Bundan başqa, “LightSail 2” və “Prox-1” kosmik aparatlarının sınaqlarının keçirilməsi planlaşdırılır. Onlar “SpaceX” şirkətinin rəhbərliyi altında “Falcon Heavy” raketdaşıyıcısı ilə say etibarilə həyata keçiriləcək ikinci uçuş üçün qrafikə daxil ediliblər. Bildirilir ki, bortda gələcəkdə ABŞ Hərbi Hava Qüvvələri üçün faydalı ola biləcək “STP-2” peyk yükü yerləşdiriləcək. “Falcon Heavy” raketdaşıyıcısının 2017-ci ilin ikinci yarısında buraxılması planlaşdırılır. “NASA” saytında dərc edilən son buraxılış qrafikinə görə, “SpaceX” və “Boeing” şirkətlərinin bir sıra buraxılışları 2018-ci ilə təxirə salınıb.
Nizam Nuriyev
Növbəti il üçün planlaşdırılan ən mühüm kosmos missiyaları açıqlanıb
2017-ci ildə kosmik məkanda çoxlu vacib missiyalar nəzərdə tutulub. Mütəxəssislər növbəti ildə həyata keçirilməsi planlaşdırılan çoxlu uçuş və kosmik əməliyyatların yerinə yetirilməsinə hazırlaşırlar.“ICTnews” Elektron Xəbər Xidməti “HiTech-News” resursuna istinadən yazır ki, kosmik sahədə yaddaqalan hadisə kimi “Cassini” aparatının Saturn planeti halqalarında son 12 ildə davam edən missiyasının başa çatmasını qeyd etmək olar. Alimlər kosmik aparatın toplaya bildiyi informasiyanı, məsələn, səma cisminin halqaları keçilən zaman çəkilən fotoşəkilləri intizarla gözləyirlər. Qeyd etmək lazımdır ki, “Cassini” planet səthinə indiyədək heç bir zondun yaxınlaşa bilmədiyi maksimal məsafəyə yaxınlaşacaq.
Məlumata görə, növbəti ildə, həmçinin Beynəlxalq Kosmik Stansiya ekipajının iştirakı ilə beş ekspedisiya nəzərdə tutulur. Ekspedisiyalar zamanı dörd kosmik agentliyin tərkibinə daxil olan 16 astronavt çalışacaq. Onlardan altı nəfər Rusiyanın “Roscosmos” Dövlət Korporasiyasını, altı astronavt ABŞ Kosmik Agentliyini (NASA), iki ekipaj üzvü Avropa Kosmik Agentliyini və bir nəfər Yaponiya Aerokosmik Tədqiqatlar Agentliyini (JAXA) təmsil edəcək. “SpaceX” şirkətinin aparatı ilə yüklərin göndərilməsi hələ ki dəqiq məlum olmasa da, stansiyaya uçuş qrafikinin tezliklə təsdiqlənəcəyi gözlənilir.
Bundan başqa, “LightSail 2” və “Prox-1” kosmik aparatlarının sınaqlarının keçirilməsi planlaşdırılır. Onlar “SpaceX” şirkətinin rəhbərliyi altında “Falcon Heavy” raketdaşıyıcısı ilə say etibarilə həyata keçiriləcək ikinci uçuş üçün qrafikə daxil ediliblər. Bildirilir ki, bortda gələcəkdə ABŞ Hərbi Hava Qüvvələri üçün faydalı ola biləcək “STP-2” peyk yükü yerləşdiriləcək. “Falcon Heavy” raketdaşıyıcısının 2017-ci ilin ikinci yarısında buraxılması planlaşdırılır. “NASA” saytında dərc edilən son buraxılış qrafikinə görə, “SpaceX” və “Boeing” şirkətlərinin bir sıra buraxılışları 2018-ci ilə təxirə salınıb.
Nizam Nuriyev
Baxış sayı: 2808
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet