Tarix:06/01/17
“ICTnews” Elektron Xəbər Xidməti “Macdigger” resursuna istinadən yazır ki, daraq “Withings” şirkəti (Nokia şirkətinin bölməsi) ilə birlikdə ərsəyə gətirilib. Qurğuya mikrofon, cərəyanötürən və giroskopun daxil olduğu bütöv sensorlar kompleksi inteqrasiya edilib. Daxil olan məlumatların qiymətləndirilməsi sayəsində mobil proqram saçların zədələnmə dərəcəsi, nəmlik, kövrəklik və qarışıqlıq kimi əsas sağlamlıq parametrlərini müəyyənləşdirə bilir.
Əldə edilən informasiya yerli hava proqnozu (rütubət, temperatur, küləyin sürəti) ilə uyğunlaşdırıldıqdan sonra onun əsasında qurğu istifadəçisinə saçların qayğısına qalmaq üçün tövsiyələr verilir.
Maraqlıdır ki, istehsalçı adi daraq dizaynını saxlamaq qərarına gələrək futuristlik əlavə etməkdən imtina edib. Bu, qeyri-standart elementlərin sadə alıcını uzaqlaşdıra bilməsi, klassik dizaynın isə “ağıllı” funksiyaların tədricən insanların həyatına tətbiqinə imkan verməsi ilə izah olunur.
Satışına bu il başlanacaq “Hair Coach” darağının pərakəndə satış qiyməti hələlik açıqlanmasa da, ekspertlər onun 200 dollardan çox olmayacağını düşünürlər.
Nizam Nuriyev
“Ağıllı” daraq saçların qayğısına qalacaq
“L’Oreal” şirkəti Las-Veqasda keçirilən “CES 2017” sərgisi çərçivəsində dünyanın ilk “ağıllı” darağını nümayiş etdirib. “Hair Coach” adlanan qurğu adi kosmetik aksessuarlardan istifadəçini saçları zədələyə biləcək sərt istifadə barədə xəbərdarlıq etməsi ilə fərqlənir.“ICTnews” Elektron Xəbər Xidməti “Macdigger” resursuna istinadən yazır ki, daraq “Withings” şirkəti (Nokia şirkətinin bölməsi) ilə birlikdə ərsəyə gətirilib. Qurğuya mikrofon, cərəyanötürən və giroskopun daxil olduğu bütöv sensorlar kompleksi inteqrasiya edilib. Daxil olan məlumatların qiymətləndirilməsi sayəsində mobil proqram saçların zədələnmə dərəcəsi, nəmlik, kövrəklik və qarışıqlıq kimi əsas sağlamlıq parametrlərini müəyyənləşdirə bilir.
Əldə edilən informasiya yerli hava proqnozu (rütubət, temperatur, küləyin sürəti) ilə uyğunlaşdırıldıqdan sonra onun əsasında qurğu istifadəçisinə saçların qayğısına qalmaq üçün tövsiyələr verilir.
Maraqlıdır ki, istehsalçı adi daraq dizaynını saxlamaq qərarına gələrək futuristlik əlavə etməkdən imtina edib. Bu, qeyri-standart elementlərin sadə alıcını uzaqlaşdıra bilməsi, klassik dizaynın isə “ağıllı” funksiyaların tədricən insanların həyatına tətbiqinə imkan verməsi ilə izah olunur.
Satışına bu il başlanacaq “Hair Coach” darağının pərakəndə satış qiyməti hələlik açıqlanmasa da, ekspertlər onun 200 dollardan çox olmayacağını düşünürlər.
Nizam Nuriyev
Baxış sayı: 689
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- “Elektron imza” sənəd qəbulunu asanlaşdıracaq
- Google: Microsoft Windows – istifadəçilər üçün işgəncədir
- Qızıl korpuslu İpad
- Hansı soyadı daşıyan telefon abunəçiləri daha çoxdur?
- Apple diskriminasiyaya görə məhkəməyə verilib
- Bakıda nəqliyyatın hərəkəti peyklə idarə olunacaq
- Barak Obamaya məşhur video oyunu hədiyyə edilib
- Hakerlər "Əl-Kaidə"yə pirojna hazırlamağı öyrədir
- Teleaparıcılara Facebook və Twitter-in adını çəkmək qadağan edilib
- “Google Earth” okeanların dibini də göstərəcək
- İşlənmiş batareyaların ətraf mühitə və insan sağlamlığına zərəri
- Mark Sukerberq İT sənayesinin ən varlı insanları siyahısında üçüncüdür
- Cənubi koreyalı yeniyetmələr kompyuter biliyi üzrə liderdirlər
- 2015-ci ilədək elektron pullar nağd pulları əvəz edəcək
- Ən yaxşı mehmanxana saytı