12px13px15px17px
Tarix:06/01/17

“Windows 10” sisteminin payı 25 faizədək artıb

“Microsoft” korporasiyasının “Windows 10” əməliyyat sisteminin payı ilk dəfə olaraq 25 faiz səviyyəsinə yaxınlaşıb. Bu barədə “NetMarketShare” şirkətinin hesabatında deyilir. Bununla belə, liderlik dünya üzrə fərdi kompüterlərin 48,2 faizində quraşdırılan “Windows 7” sisteminə məxsusdur.

“ICTnews” Elektron Xəbər Xidməti “DNI24” resursuna istinadən yazır ki, ötən il ərzində nisbətən köhnəlmiş “Windows 7” sisteminin populyarlığında 1,7 faizlik artım qeydə alınıb, kompüterlərin təxminən 9 faizi isə hələ də 15 il əvvəl işıq üzü görən “Windows XP” sisteminin idarəetməsi ilə işləyir.

Bundan başqa, “Steam” oyun servisi əməliyyat sistemlərinin versiyaları üzrə məlumatların yer aldığı hesabat təqdim edib. Şirkətin məlumatına görə, 1,5 il ərzində “Windows 10” servis istifadəçilərinin kompüterlərinin 50 faizində quraşdırılıb. Eyni zamanda ikinci yeri “Steam” istifadəçilərinin fərdi kompüterlərinin 34 faizində quraşdırılan “Windows 7” sistemi tutub.

Bildirilir ki, yaxın vaxtlarda “Windows 10” istifadəçilərinə oyun rejiminin əlavə ediləcəyi böyük sistem yenilənməsi təklif olunacaq. Bu, oyunun işə salınması zamanı sistemin bütün resurslarını bölüşdürməyə imkan verəcək ki, bu da daha yaxşı məhsuldarlığı təmin edəcək.

Nizam Nuriyev 




Baxış sayı: 718

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024