12px13px15px17px
Tarix:07/01/17

“HTC” bu rüb üç yeni smartfon təqdim edəcək

Tayvanın "HTC" şirkəti bu rüb üç yeni smartfon təqdim edəcək. Hazırda bu smartfonlar barədə dəqiq məlumat olmasa da, birinci smartfonun artıq yanvarın 12-də nümayiş ediləcəyi məlumdur. Bu, istehsalçının təqdimat üçün rəsmi dəvətdə işarə etdiyi yeni "U" istehsal xəttinin açılışı olacaq.

Bu günlərdə isə məşhur "LlabTooFeR" resursu "Twitter" səhifəsində Tayvan istehsalçısının növbəti üç smartfonunun kod adının "HTC Alpine", "HTC Ocean Note" və "HTC E66" olacağı barədə məlumat verib. Sonuncu modelin şəkili bu günlərdə internetdə görünən "HTC One X10" smartfonu olduğu bildirilir.
 
"ICTnews" Elektron Xəbər Xidməti "4PDA" resursuna istinadən yazır ki, digər iki aparata gəldikdə, "HTC Alpine" adı altında şirkətin yeni qabaqcıl "HTC 11" modeli gizlənir. Heç bir məlumatın olmadığı modeldə yeni səkkiznüvəli  "Snapdragon 835" prosessorunun quraşdırılacağı ehtimal edilir.
 
"HTC Ocean Note" isə təqdimatı yanvarın 12-nə nəzərdə tutulan "HTC U Ultra" modelinin kod adıdır. Şayiələrə görə, smartfon kənarları bükülü 6 düymlük ekran, "USB Type-C" çıxışı, eləcə də smartfonlar arasında ən yaxşı kamera ilə təchiz ediləcək.
 
Nizam Nuriyev 




Baxış sayı: 553

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024