Tarix:09/01/17
“ICTnews” Elektron Xəbər Xidməti “Macdigger” resursuna istinadən yazır ki, mütəxəssislərin fikrincə, “TSMC” şirkətinin konveyerlərindən buraxılan 7 nanometrlik yarımkeçiricilərin xüsusiyyətləri “Intel” şirkətinin 10 nanometrlik həllərinin xarakteristikalarına yaxın olacaq.
Yeddi nanometrlik texnoloji prosesə gəldikdə, məlumatlı mənbələrin bildirdiyinə görə, şirkət belə məhsulun istehsalı üçün rəqəmli layihələrin qəbuluna bu ilin ikinci rübündə başlayacaq.
Şirkətin planına görə, 7 nanometrlik yarımkeçiricilərin kütləvi istehsalına 2018-ci ilin birinci rübündə başlamaq planlaşdırılır. Cari ildə “iPhone” istehsalçısı “Apple A11” istehsal xəttindən olan 10 nanometrlik prosessorlar üçün sifarişlər verəcək. Beləliklə, bir ildən sonra Tayvan istehsalçısı “Apple” şirkətinə daha mükəmməl texnoloji proses üzrə yarımkeçiricilərin buraxılışını təqdim etməyə hazır olacaq.
Qeyd edək ki, “TSMC” ABŞ istehsalçısı üçün əsas prosessor tədarükçüsü rolunda bu yaxınlarda çıxış etməyə başlayıb. “Apple” şirkətinin tərəfdaşının zavodlarında 7 nanometrlik prosessorların buraxılışına maraq göstərəcəyi isə istisna edilmir.
Nizam Nuriyev
Növbəti ilin “iPhone” modeli tarixdə ən sürətli smartfon olacaq
Tayvanın “TSMC” şirkətinin 10 nanometrlik yarımkeçirici məhsullarının kütləvi istehsalına yenicə başlamasına baxmayaraq artıq 7 nanometrlik texnoloji prosesi təcrübi istehsala çatdırmaq niyyətindədir. Bu isə o deməkdir ki, “Apple” şirkətinin 2018-ci ildə təqdim edəcəyi “iPhone 8s” smartfon modeli istifadəçilərə misilsiz hesablama gücü təklif edə bilər.“ICTnews” Elektron Xəbər Xidməti “Macdigger” resursuna istinadən yazır ki, mütəxəssislərin fikrincə, “TSMC” şirkətinin konveyerlərindən buraxılan 7 nanometrlik yarımkeçiricilərin xüsusiyyətləri “Intel” şirkətinin 10 nanometrlik həllərinin xarakteristikalarına yaxın olacaq.
Yeddi nanometrlik texnoloji prosesə gəldikdə, məlumatlı mənbələrin bildirdiyinə görə, şirkət belə məhsulun istehsalı üçün rəqəmli layihələrin qəbuluna bu ilin ikinci rübündə başlayacaq.
Şirkətin planına görə, 7 nanometrlik yarımkeçiricilərin kütləvi istehsalına 2018-ci ilin birinci rübündə başlamaq planlaşdırılır. Cari ildə “iPhone” istehsalçısı “Apple A11” istehsal xəttindən olan 10 nanometrlik prosessorlar üçün sifarişlər verəcək. Beləliklə, bir ildən sonra Tayvan istehsalçısı “Apple” şirkətinə daha mükəmməl texnoloji proses üzrə yarımkeçiricilərin buraxılışını təqdim etməyə hazır olacaq.
Qeyd edək ki, “TSMC” ABŞ istehsalçısı üçün əsas prosessor tədarükçüsü rolunda bu yaxınlarda çıxış etməyə başlayıb. “Apple” şirkətinin tərəfdaşının zavodlarında 7 nanometrlik prosessorların buraxılışına maraq göstərəcəyi isə istisna edilmir.
Nizam Nuriyev
Baxış sayı: 467
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet