12px13px15px17px
Tarix:09/01/17

5 il sonra insanların həyatını dəyişəcək texnologiyalar bəlli olub

“IBM” şirkəti yaxın 5 ildə insanların həyatını dəyişdirəcək beş texnologiyadan ibarət illik reytinqini dərc edib.

Bu texnologiyalardan biri erkən mərhələdə psixiki və koqnitiv  pozuntular, neyrodegerenativ xəstəliklərə diaqnoz qoymağa imkan verən şifahi və yazılı danışığın təhlili sistemidir.

“ICTnews” Elektron Xəbər Xidməti “news.rambler.ru” saytına istinadən yazır ki, ikinci texnologiya "super qəhrəmanların görmə qabiliyyətidir". Şirkətin mütəxəssislərinin fikrincə, 5 il sonra dalğa uzunluğu diapazonunda görməyə imkan verən cihazlar geniş yayılacaq. Bu, ətraf aləmin öyrənilməsi üçün yeni imkanlar yaradacaq.

Böyük məlumatlar üzərində iş sahəsində irəliləyiş gözlənilir. Ekspertlər hesab edirlər ki, böyük massivli informasiyanı səmərəli emal etməyə imkan verən texnologiyalar, məsələn, ərzaq və enerji istehsalı problemlərinin həllini tapmağa kömək edəcək.

"Çipdə laboratoriyalar" adlandırılan dördüncü texnologiya orqanizmin maye təhlili zamanı normadan ən kiçik sapmaları qeydə almağa imkan verəcək. Beləliklə, simptomların yaranmasından əvvəl orqanların pozulmaları haqda məlumat əldə etmək mümkün olacaq.

Beşinci texnologiya ətraf mühitin çirklənməsinin aşkar edilməsi ilə bağlıdır. Sensor texnologiyalar, silisium fotonikası və süni intellekt təhlükəli maddələri bir anda aşkar etməyə imkan verəcək.

Emil Hüseynov




Baxış sayı: 608

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024