12px13px15px17px
Tarix:09/01/17

“Nokia 6” smartfonu rəsmən təqdim olunub

Finlandiyanın “Nokia” şirkəti mobil telefonlar bazarına geri qayıtdıqdan sonra ilk  smartfonunu təqdim edib. Yaxşı texniki xüsusiyyətlərə malik qurğu “Android 7.0” mobil əməliyyat sistemi ilə işləyir. Pis xəbər odur ki, yeni smartfon hələ ki yalnız Çində satılacaq.

“ICTnews” Elektron Xəbər Xidməti “hi-tech.mail.ru” saytına istinadən yazır ki, yeni “Nokia 6” smartfonunun dizaynı ənənəvi olaraq yığcam, amma zərif hazırlanıb, ekran bükük 2.5D şüşə ilə örtülüb.

Nokia 6” smartfonunun tanıtımı ilə məşğul olacaq Finlandiyanın “HMD Global” şirkəti sözügedən cihazın əsas texniki xüsusiyyətlərini açıqlayıb:

Ekran: 5.5 düym, “Full HD”
Prosessor: “Qualcomm Snapdragon 430”
Əməli yaddaş: 4 QB
Daimi yaddaş: 64 QB
“MicroSD” kart dəstəyi: var
Əsas kamera: 16 MP, f/2.0, faza avtofokusu
Ön kamera: 8 MP, f/2.0
Akkumulyator: 3000 milliamper/saat
“LTE” dəstəyi: var
Akustika: “Dolby Atmos” dəstəyi
Əməliyyat sistemi: “Android 7.0”
Korpus: alüminium.

“Nokia 6” smartfonu hələ ki yalnız “JD.com” resursu üzərindən Çində satılacaq. Qiyməti 245 dollardır.

Emil Hüseynov






Baxış sayı: 564

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024