Tarix:09/01/17
“ICTnews” Elektron Xəbər Xidməti “Naked Science” resursuna istinadən yazır ki, şirkətin yaratdığı konsepsiya adi avtomobildən daha çox tam avtomobil evə və ya təkərli ofisə bənzəyir. Konsept yaxın vaxtlarda ictimai yollarda istifadəyə verilə biləcək sürücüsüz avtomobillərin imkanlarını nümayiş etdirir. “Panasonic Autonomous Cabin” adlanan texnologiya sərnişin oturacaqları və interaktiv interyer alətləri dəsti ilə təchiz edilən sürücüsüz avtomobildir.
Konseptə sərnişinlər tərəfindən əyləncə və səyahət haqqında məlumatın əldə edilməsi üçün istifadə oluna bilən dörd rəqəmli interaktiv paneldən ibarət mərkəzi stol daxildir. Dörd displeyin hamısını oyunlar və s. göstərməyə imkan verəcək bir ekranda birləşdirmək mümkündür.
İnteryer bölməsində “ağıllı” materiallar ağac, metal və ya dəri kimi görünərək sensor ötürücüləri vasitəsilə idarə edilən informasiya ekranları qismində işləyirlər. Məhz bu adi avtomobil salonunu çoxlu funksiyalar yerinə yetirən və qurulmadan asılı olaraq görünüşünü dəyişən əlavə reallıq texnologiyasının elementi təşkil edir. Əlavə reallığın daha bir elementi marşrut və ya görməli yerlər barədə müxtəlif informasiyanı göstərə bilən avtomobil pəncərələridir. Bundan başqa, interyerə idarəetməsi bütün avtomobil displeylərindən mümkün olan soyuducu və qəhvə hazırlayan daxildir.
Konsept yardımçılarının sözlərinə görə, onların sistemini istənilən müasir avtomobildə quraşdırmaq mümkündür. “Panasonic” yaxın illərdə texnologiyanın tətbiqinə başlamağı planlaşdırır.
Nizam Nuriyev
İnteraktiv avtomobil salonlarının yaradılması üçün əlavə reallıq texnologiyası tətbiq ediləcək
Yaponiyanın “Panasonic” şirkəti “CES 2017” sərgisində sürücüsüz avtomobillər üçün avtonom kabinə konseptini təqdim edib.“ICTnews” Elektron Xəbər Xidməti “Naked Science” resursuna istinadən yazır ki, şirkətin yaratdığı konsepsiya adi avtomobildən daha çox tam avtomobil evə və ya təkərli ofisə bənzəyir. Konsept yaxın vaxtlarda ictimai yollarda istifadəyə verilə biləcək sürücüsüz avtomobillərin imkanlarını nümayiş etdirir. “Panasonic Autonomous Cabin” adlanan texnologiya sərnişin oturacaqları və interaktiv interyer alətləri dəsti ilə təchiz edilən sürücüsüz avtomobildir.
Konseptə sərnişinlər tərəfindən əyləncə və səyahət haqqında məlumatın əldə edilməsi üçün istifadə oluna bilən dörd rəqəmli interaktiv paneldən ibarət mərkəzi stol daxildir. Dörd displeyin hamısını oyunlar və s. göstərməyə imkan verəcək bir ekranda birləşdirmək mümkündür.
İnteryer bölməsində “ağıllı” materiallar ağac, metal və ya dəri kimi görünərək sensor ötürücüləri vasitəsilə idarə edilən informasiya ekranları qismində işləyirlər. Məhz bu adi avtomobil salonunu çoxlu funksiyalar yerinə yetirən və qurulmadan asılı olaraq görünüşünü dəyişən əlavə reallıq texnologiyasının elementi təşkil edir. Əlavə reallığın daha bir elementi marşrut və ya görməli yerlər barədə müxtəlif informasiyanı göstərə bilən avtomobil pəncərələridir. Bundan başqa, interyerə idarəetməsi bütün avtomobil displeylərindən mümkün olan soyuducu və qəhvə hazırlayan daxildir.
Konsept yardımçılarının sözlərinə görə, onların sistemini istənilən müasir avtomobildə quraşdırmaq mümkündür. “Panasonic” yaxın illərdə texnologiyanın tətbiqinə başlamağı planlaşdırır.
Nizam Nuriyev
Baxış sayı: 760
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- “Elektron imza” sənəd qəbulunu asanlaşdıracaq
- Google: Microsoft Windows – istifadəçilər üçün işgəncədir
- Qızıl korpuslu İpad
- Hansı soyadı daşıyan telefon abunəçiləri daha çoxdur?
- Apple diskriminasiyaya görə məhkəməyə verilib
- Bakıda nəqliyyatın hərəkəti peyklə idarə olunacaq
- Barak Obamaya məşhur video oyunu hədiyyə edilib
- Hakerlər "Əl-Kaidə"yə pirojna hazırlamağı öyrədir
- Teleaparıcılara Facebook və Twitter-in adını çəkmək qadağan edilib
- “Google Earth” okeanların dibini də göstərəcək
- İşlənmiş batareyaların ətraf mühitə və insan sağlamlığına zərəri
- Mark Sukerberq İT sənayesinin ən varlı insanları siyahısında üçüncüdür
- Cənubi koreyalı yeniyetmələr kompyuter biliyi üzrə liderdirlər
- 2015-ci ilədək elektron pullar nağd pulları əvəz edəcək
- Ən yaxşı mehmanxana saytı