12px13px15px17px
Tarix:11/01/17

“LG” şirkəti “Nano Cell” texnologiyasına əsaslanan yeni televizor xəttini təqdim edib

Cənubi Koreyanın "LG Electronics" şirkəti ABŞ-ın Las-Veqas şəhərində keçirilmiş "CES 2017" sərgisində "Nano Cell" texnologiyası ilə işləyən yeni "SUPER UHD" televizorlarını ("SJ9500", "SJ8500" və "SJ8000" modelləri) nümayiş etdirib. İddialara əsasən, yeni televizorlarda təsvirin keyfiyyət səviyyəsi tamamilə fərqlidir. "LG" şirkətinin üçüncü nəsil "SUPER UHD" televizorları təsviri reallığa son dərəcə oxşar formada göstərir. Yeni qurğularda "LG" şirkətinin "webOS" intuitiv platformasının son versiyası qurulub. "Super UHD" televizorlarının bütün modelləri "Active HDR" və "Dolby Vision" formatlarını dəstəkləyir ki, bu da istifadəçilərin yüksək keyfiyyətli "HDR" məzmuna girişini təmin edəcək.

"ICTnews" Elektron Xəbər Xidməti "4pda.ru" saytına istinadən yazır ki, "Nano Cell" texnologiyası böyük uzunluqlu işıq dalğalarını ələ keçirərək eyni zamanda əks olunan rənglərin təmizliyini artırmaq yolu ilə yüksək keyfiyyətli təsvirə nail olmağa imkan verir. Bu texnologiya ilkin rəngin itməsi ehtimalını, təsvirin nasazlığı və başqa problemləri minimuma endirir, həmçinin ekranda parıltıları azaldır. Bu, televizor müxtəlif kənar işıq mənbələri ilə əhatə olunduqda böyük əhəmiyyətə malikdir.
 
"LG Home Entertainment" şirkətinin prezidenti Brayan Kvon bildirib: "2017-ci ildə "Nano Cell" texnologiyasına əsaslanan "SUPER UHD" televizorlar xəttimiz ekranların istehsalı sahəsində inqilab edəcək və istehlakçıların "LCD" televizorları haqda təsəvvürünü yeni səviyyəyə qaldıracaq".

Yeni televizorlarda tətbiq edilmiş "ULTRA Luminance" texnologiyası yüksək parlaqlıq və təsvirin kəskinliyini təmin edir. "LG" televizorlarında, həmçinin reallaşdırılmış yeni "HDR Effect" funksiyası "SDR" məzmununun göstərilməsi zamanı təsvirin keyfiyyətini yüksəldir.

Emil Hüseynov




Baxış sayı: 505

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024