12px13px15px17px
Tarix:12/01/17

2016-cı ilin ən güclü smartfonları məlum olub

Mobil qurğuların məhsuldarlığını müəyyənləşdirən populyar testin istehsalçısı “Antutu” şirkətinin yeni reytinqinə əsasən, “iPhone 7 Plus” 2016-cı ilin ən güclü smartfonudur.

“ICTnews” Elektron Xəbər Xidməti “cnews.ru” saytına istinadən yazır ki, “iPhone 7”  modeli 2016-cı ilin 10 ən məhsuldar smartfon reytinqində ikinci yeri tutub.

“OnePlus 3T” modeli gözlənilmədən üçüncü yerdə qərarlaşıb. Bu smartfon  xətti istehsalçılar tərəfindən "qabaqcıl smartfonların qatili" kimi təqdim edilir: güclü elektron içliyə malik sözügedən smartfonun qiyməti qabaqcıl smartfonlarla müqayisədə ucuzdur.

Ekspertlər qeyd etdiyi kimi, “iPhone 7” smartfonları yeni “A10” prosessorunun sayəsində reytinqdə ön pillədə qərarlaşıb. “Android” mobil əməliyyat sistemi ilə işləyən smartfonlar adətən “Snapdragon 821” və ya “Snapdragon 820” prosessorları ilə təchiz edilir. Bu prosessorlar yüksək məhsuldarlığa malik olmasına baxmayaraq, “A10” prosessorundan bir qədər zəifdirlər.

Emil Hüseynov



Baxış sayı: 460

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024