12px13px15px17px
Tarix:12/01/17

“Facebook” jurnalistlərlə daha fəal əməkdaşlıq edəcək

Bu gün "Facebook" şirkəti sosial şəbəkənin jurnalist və naşirlərlə daha sıx əməkdaşlığını nəzərdə tutan "Facebook Journalism Project" layihəsini istifadəyə verib.

"ICTnews" Elektron Xəbər Xidməti "Kommersant" resursuna istinadən yazır ki, şirkətin bəyanatında deyilir: "Biz məhsullar hazırlamaq üçün xəbər təşkilatları ilə əməkdaşlıq edəcəyik, jurnalistlərin ən yaxşı tərəfdaşı olmağı öyrənəcəyik və rəqəmli dövrdə məlumatlı oxucu olmaq üçün insanlara gərəkli bilikləri necə verməyi anlamaq üçün naşirlərlə işləyəcəyik".

Layihənin bəyan edilən istiqamətləri arasında birgə xəbər məhsullarının hazırlanması, həm jurnalistlər, həm də bütün istifadəçilər üçün treninqlər və alətlər yer alıb.

Layihənin istifadəyə verilməsi "Facebook"un saxta xəbərlərlə mübarizə proqramının tərkib hissəsidir.

Xatırladaq ki, yalan xəbərlər probleminə diqqətin artırılmasına səbəb ABŞ-da keçirilən prezident seçkiləri olub. Seçkilər başa çatdıqdan sonra bir çoxları "Facebook"u səsvermənin nəticəsinə təsir göstərən çoxlu yalan xəbərlər yaymaqda təqsirləndirib.

Nizam Nuriyev 




Baxış sayı: 948

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024