Tarix:13/01/17
“ICTnews” Elektron Xəbər Xidməti “naked-science.ru” saytına istinadən yazır ki, elektromaqnit impulsları buraxan “Guidesense” qurğusu adi radar kimi işləyir: impulslar obyektlər tərəfindən əks etdirildikdən sonra qurğunun qəbuledicisinə qayıdır. Hətta müasir sürücüsüz avtomobillərdə belə sistemlərdən istifadə olunur. İstehsalçıların məlumatına əsasən, “Guidesense” qurğusu nazik budaqlar və xırda daşlar istisna olmaqla istifadəçinin ətrafında yerləşən əksər maneələri aşkar etmək qabiliyyətinə malikdir.
Bu radarın əsas özəlliklərindən biri xüsusi radio dalğalardan istifadə etməsidir ki, bu da qurğunu geyimin altında daşımağa imkan verir. Aşkarlanan siqnallar heç bir problem olmadan geyimin içərisindən keçəcək. Bundan başqa, duman və ya yağış kimi hava şəraiti “Guidesense” cihazının iş qabiliyyətinə təsir etməyəcək.
İndi qurğu yekun hazırlama və yoxlama mərhələsini keçir, ancaq ilkin sınaqlar “Guidesense” qurğusunun yüksək səmərəliliyini sübut edib.
Emil Hüseynov
Finlandiyalı alimlər görmə qabiliyyəti zəif olan insanlar üçün radar hazırlayıblar
Finlandiyanın “VTT” elmi tədqiqat mərkəzinin əməkdaşları tərəfindən hazırlanmış daşınan radar tezliklə görmə qabiliyyəti zəif olan insanlar üçün köməkçi rolunu yerinə yetirəcək. Döş nahiyəsində yerləşdirilən “Guidesense” adlı radar vibrasiya və səsli əlaqənin köməyi ilə istifadəçini potensial maneələr haqda xəbərdar edir.“ICTnews” Elektron Xəbər Xidməti “naked-science.ru” saytına istinadən yazır ki, elektromaqnit impulsları buraxan “Guidesense” qurğusu adi radar kimi işləyir: impulslar obyektlər tərəfindən əks etdirildikdən sonra qurğunun qəbuledicisinə qayıdır. Hətta müasir sürücüsüz avtomobillərdə belə sistemlərdən istifadə olunur. İstehsalçıların məlumatına əsasən, “Guidesense” qurğusu nazik budaqlar və xırda daşlar istisna olmaqla istifadəçinin ətrafında yerləşən əksər maneələri aşkar etmək qabiliyyətinə malikdir.
Bu radarın əsas özəlliklərindən biri xüsusi radio dalğalardan istifadə etməsidir ki, bu da qurğunu geyimin altında daşımağa imkan verir. Aşkarlanan siqnallar heç bir problem olmadan geyimin içərisindən keçəcək. Bundan başqa, duman və ya yağış kimi hava şəraiti “Guidesense” cihazının iş qabiliyyətinə təsir etməyəcək.
İndi qurğu yekun hazırlama və yoxlama mərhələsini keçir, ancaq ilkin sınaqlar “Guidesense” qurğusunun yüksək səmərəliliyini sübut edib.
Emil Hüseynov
Baxış sayı: 487
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet